Günay Əfəndiyeva Litvaya səfər etdi

Günay Əfəndiyeva Litvaya səfər etdi
13 mart 2023
# 13:28

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Litva Respublikasına rəsmi səfər edib.

Kulis.az xəbər verir ki, səfər çərçivəsində Litva Respublikasının Prezidentinin təhsil, elm və mədəniyyət sahələri üzrə müşaviri Vilma Backiute və Xarici İşlər nazirinin müavini Jonas Survila ilə görüşlər keçirib.

Görüşlərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Litva Respublikası arasında imzalanmış Əməkdaşlıq Memorandumunun əsasında qarşılıqlı iş birliyinin uğurla həyata keçirilməsindən söz açılıb. Litvanın ərazisində məskunlaşmış türk etnik kökənli xalqlara - tatarlara və karaimlərə dövlət səviyyəsində göstərilən diqqətin əhəmiyyətindən bəhs olunub. Bu münasibətin bariz nümunəsi kimi Litva Respublikasında 2021-ci ilin “Tatarların tarixi və mədəniyyəti ili”, 2022-ci ilin isə “Karaimlərin tarixi və mədəniyyəti ili” elan olunması vurğulanıb.

Litva Respublikasının Birinci xanımı Diana Nausedienenin, Xarici İşlər naziri Qabrielius Landsberqisin Fondun prezidenti ilə görüşləri xatırlanaraq, təşkilat tərəfindən tatar və karaim illərinin açılışları çərçivəsində təşkil olunan tədbirlərdə iştirakları məmnuniyyətlə qeyd olunub. Fondun digər xarici ölkələrlə, eləcə də Avropa məkanında əməkdaşlıq əlaqələrini günü-gündən genişləndirməsi yüksək dəyərləndirilib.

Görüşlərdə Azərbaycan Respublikasının Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev, Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Egidius Navikas iştirak edib.

Görüşlər Litva ilə təşkilata üzv olan türk dövlətləri arasında qarşılıqlı əlaqələrin, eləcə də mədəni mübadilələrin intensivləşdirilməsi yönündə gələcək əməkdaşlığın perspektivlərinin müzakirələri ilə davam edib.

# 1931 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər