“Golden Kids Awards 2022” mükafatları təqdim edildi

“Golden Kids Awards 2022” mükafatları təqdim edildi
8 iyun 2022
# 16:30

Nizami Kino Mərkəzində Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə sayca dördüncü dəfə “Golden Kıds Awards 2022” uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsilə başlayıb.

Azərbaycan Könüllülər İctimai Birliyinin (AKİB) prezidenti İmaməddin Quliyev iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, bu layihənin istedadlı uşaqlar və gənclər üçün motivasiya xarakteri daşıdığını vurğulayıb. “Bu məsələ təşkilatımız tərəfindən daima diqqət mərkəzində saxlanılır, çünki uşaq və gənclərin fiziki və mənəvi inkişafı ölkəsinin, yaşadığı cəmiyyətin, xalqının inkişaf göstəricisidir. Uşaqlar və gənclər bizim gələcəyimizdir”.

AKİB-in Mədəniyyət və İncəsənət departamentinin rəhbəri Ülviyyə Bəbirli də layihənin “Şuşa İli” çərçivəsində keçirildiyini vurğulayaraq hər kəsə öz təşəkkürünü bildirib.

Böyük Qala-Gecənin aparıcıları Ceyhun Həsənli və Elnarə Sadıqova 22 nominasiya üzrə mükafatları təqdim etmək üçün Qala gecəsinin qonaqlarını və qalibləri səhnəyə dəvət edib.

Mükafatlandırma mərasimində Milli Məclisin deputatları, Mədəniyyət Nazirliyinin əməkdaşları, dövlət və QHT nümayəndələri, mədəniyyət və incəsənət xadimləri və başqaları iştirak ediblər.

Qeyd edək ki, AKİB-in Mədəniyyət və İncəsənət Departamentin təsis etdiyi “Golden Kids Awards” müsabiqəsi 2018-ci ildən keçirilir. Layihənin məqsədi 5-16 yaşadək olan uşaq və gənclərin iştirakını təmin edərək onların inkişafına, istedad və bacarıqlarının üzə çıxmasına dəstək olmaqdır.

# 2789 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər