Gəncə Filarmoniyasında “Xalqın mədəni sərvəti” layihəsi başa çatdı

Gəncə Filarmoniyasında “Xalqın mədəni sərvəti”  layihəsi başa çatdı
30 mart 2024
# 13:40

Mədəniyyət Nazirliyinin dəstəyi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Gəncə-Daşkəsən və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunun əziz xatirəsinə həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi başa çatıb.

Kulis.az xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində keçirilən təntənəli bağlanış mərasimində layihənin ideya müəllifi, Əməkdar artist, Filarmoniyanın direktoru Ramil Qasımov çıxış edərək layihənin musiqimizin müasir nəslə təbliğinə xidmət etdiyini qeyd edib. Həmçinin layihənin gerçəkləşməsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, tabeliyində olan və layihədə iştirak edən Gəncə-Daşkəsən və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinə, bütün iştirakçılara dərin təşəkkürünü bildirib.

Bağlanışda Gəncə şəhər Bülbül adina 3 saylı UMM, Gəncə şəhər UİM, Samux Rayon Qarayeri qəsəbə UMM, Samux rayon Sərkar kənd UMM, Göygöl rayon Xaqani kənd UMM, Goranboy rayon Düzqışlaq kənd UMM, Samux şəhər UMM, Goranboy rayon Xan Qərvənd kənd UMM, Göygöl rayon Aşıq Şəmşir adına UMM-ləri çıxış ediblər.


# 2129 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər