Milli mətbuat tariximizin şərəfli salnaməsini yaşadan və zəngin ədəbi-fəlsəfi ənənələri bu günə daşıyan “Füyuzat” dərgisinin yubiley sayı oxucuların ixtiyarına verilib.
Kulis.az xəbər verir ki, baş redaktor Loğman Məmmədovun rəhbərliyi ilə işıq üzü görən bu xüsusi buraxılış Türk dünyasının mədəni inteqrasiyasından fəlsəfi düşüncələrə, bədii nəsr incilərindən mətbuat tariximizin şanlı səhifələrinə qədər bir-birindən dəyərli və rəngarəng yazıları ilə seçilir.
Dərginin bu sayında Ülviyyə Rəhmanın MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirovla müsahibəsi, Elçin İbrahimovun “Türkoloji qurultaydan Türk dünyası həftəsinə”, Ağa Hacıbəylinin “Zamanla ayaqlaşan tərbiyə”, Nigar Şahın “Maarif çırağının varisləri”, Samirə Məmmədlinin “C.Qolsuorsi yaradıcılığında ədəbiyyat və həyat”, Muxtar Cəfərlinin “Və insan unutdu...”, Tural İsmayılın “Füyuzat”ın milli mətbuatımızda rolu”, eləcə də Səbinə və Səbirə Nemətzadənin “Cənnətin qapıları” – əlyazma kitabların ecazkar cildləri” mövzusunda araşdırma və publisistik yazıları yer alıb.