Firəngiz Rəhimbəyovanın son sözləri: "Azərbaycanda qalsaydım..."

Firəngiz Rəhimbəyova, aktrisa-müğənni

Firəngiz Rəhimbəyova, aktrisa-müğənni

20 avqust 2022
# 11:36

“Dedi-qodular, aravurmalar, bir-birinin ayağının altını qazma halları, bir sözlə çirkin münasibətlər həddindən artıq çoxalıb. Belə yaramaz...”

Kulis.az xəbər verir ki, bu sözləri bu yaxınlarda vəfat edən aktrisa-müğənni Firəngiz Rəhimbəyovaya mətbuata verdiyi sonuncu müsahibəsində söyləyib. O, öz həmkarlarını nəzərdə tutaraq əlavə edib:

“Bu, yalnız onu göstərir ki, həmin insanlar öz yaradıcılıqlarına, istedadlarının potensialına inamsızdırlar. Hansı zirvəyə çatırsan çat sən, ilk növbədə, insan olaraq qalmağı bacarmalısan. Əgər buna iqtidarın çatmırsa, davranışında həmkarlarına qarşı etikaya sığmayan hörmətsizliyə, etinasızlığa yol verirsənsə, deməli, sən bir sənətkar olaraq ayaq üstə möhkəm dayanmağı hələ bacarmırsan. Nə yaxşı ki, mən bütün bunlardan uzağam”.

Son müsahibəsində Firəngiz Rəhimbəyova Amerikada yaşadığı günlərdən də söhbət açıb:

“Los-Ancelesdə "Rossiya" restoranında mütəmadi olaraq "Bakı axşamları" təşkil edirəm. Bu axşamlar təkcə Los-Ancelesdə kifayət qədər saya malik azərbaycanlıların, yaxud, ümumiyyətlə, keçmiş bakılıların və eks-sosialist insanlarının deyil, bütün digər millətlərin marağına səbəb olur. Hətta restoranın zalı çox zaman darlıq edir. Musiqimizi təbliğ etməklə yanaşı restoranın aşpazlarına milli mətbəximizin əvəzolunmaz təamlarını bişirməyi də öyrədirəm... Bakı axşamları çox maraqlı keçir - biz paytaxtımızın tarixinə aid faktları xatırlamaqdan yorulmuruq. Belə söhbətlər xatirələrimizi, təəssüratlarımızı təzələmək imkanı verir. Həmyerlilərimizn toy məclisləri mütləq azərisayaq keçir”.

Firəngiz Rəhimbəyovanın Bakını tərk etməyinin əsas səbəblərindən biri ailəsi ilə bağlı olub. Belə ki ailəsinin yeganə və həm də ən yaxın üzvləri olan dayısı ilə böyük bacısı uzun illər idi ki, okeanın o tayında yaşayırmışlar: “Və mən heç cürə onlardan ayrı yaşamaq istəmirdim. Daha bir səbəb isə qızımla əlaqəlidir. O mənada ki, mən həmişə istəmişəm ki, qızımı yaxşı bir gələcəklə təmin edim. Bu isə, ilk növbədə, mükəmməl təhsil almaq deməkdir. Mükəmməl təhsil, müvafiq iş və yaşayış mühiti insanın öz arzu və planlarını həyata keçirməsindən ötrü zəruri amillərdir. Buna görə də mən öz karyeramı qurban verdim. Baxmayaraq ki o vaxt Bakıdakı yaradıcılığım çox gözəl tərzdə və intensiv şəkildə inkişaf edirdi. Güman edirəm ki, Azərbaycanda qalsaydım, belə də davam edəcəkdi. Amma indi hesab edirəm ki, özümü karyerama qurban vermiş adam kimi hiss etməməliyəm. Çünki hələ bundan sonra da bir sənətçi olaraq sözümü deyə bilərəm. Ona görə bu qənaətdəyəm ki, bir müğənni kimi formadayam, daim öz üzərimdə işləyirəm və ən vacibi vətənimdə unudulmadığımı bilirəm, dəfələrlə bunun şahidi olmuşam, bundan böyük, bundan güclü dayaq ola bilməz. Məni sevən, mənim sənətimə dəyər verən hər bir dinləyicimə sonsuz minnətdarlığımı bildirirəm”.

# 9082 dəfə oxunub

Oxşar xəbərlər

Barat Vüsalın 75 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirildi

Barat Vüsalın 75 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirildi

15:40 26 aprel 2026
Laslo Krasnahorkai:  "Düzünü desəm, o qədər də böyük ədəbiyyatımız yoxdur..." - Müsahibə

Laslo Krasnahorkai: "Düzünü desəm, o qədər də böyük ədəbiyyatımız yoxdur..." - Müsahibə

12:00 26 aprel 2026
"İncə xətlər, dərin düşüncələr..."  - Özbək professorun ustad dərsindən qeydlər

"İncə xətlər, dərin düşüncələr..." - Özbək professorun ustad dərsindən qeydlər

10:00 26 aprel 2026
Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

16:00 25 aprel 2026
Azad Qaradərəlinin əsərlərinin 13-cü cildi çap ediləcək

Azad Qaradərəlinin əsərlərinin 13-cü cildi çap ediləcək

14:00 25 aprel 2026
“Naxışların dili – ortaq mirasın səsi” silsilə tədbirləri keçirilir

“Naxışların dili – ortaq mirasın səsi” silsilə tədbirləri keçirilir

12:00 25 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər