Filmi təkrar izləmək üçün zalı tərk etməyən şəxsi polis çıxardı

Filmi təkrar izləmək üçün zalı tərk etməyən şəxsi polis çıxardı
20 iyul 2026
# 18:00

ABŞ-ın Los-Anceles şəhərində Kristofer Nolanın "Odisseya" (The Odyssey) filminin nümayişlərindən biri qalmaqalla başa çatıb.

Kulis.az xəbər verir ki, "New York Post" nəşrinin məlumatına görə, "Regal LA Live" kinoteatrında nümayiş bitdikdən sonra izləyicilərdən biri zalı tərk etməkdən imtina edib.

"X" sosial şəbəkəsinin "Ket Tsay" adlı istifadəçisinin bildirdiyinə görə, həmin şəxs filmi ard-arda ikinci dəfə izləmək istədiyi üçün yerindən qalxmayıb. Vəziyyətin nəzarətdən çıxdığını görən kinoteatr rəhbərliyi polis çağırmaq məcburiyyətində qalıb.

"Əvvəlki seansdan olan bir nəfər yerini tərk etməkdən imtina etdiyi üçün polis çağırırlar. O, filmi bir dəfə də izləmək istəyir", – deyə Ket Tsay öz səhifəsində yazıb.

Hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsi konvoyla kinoteatrdan kənarlaşdırıblar. İnsident səbəbindən növbəti seans nəzərdə tutulan vaxtdan təxminən 25 dəqiqə gecikib. İtirilmiş vaxtı kompensasiya etmək üçün kinoteatr administrasiyası "Dyun" filminin anonsu istisna olmaqla bütün digər treylerləri nümayişdən çıxarmaq qərarına gəlib.

"Variety" nəşrinin qeyd etdiyi kimi film ətrafındakı bu cür qeyri-adi ajiotajın əsas səbəblərindən biri onun çəkiliş formatıdır: "Odisseya" tamamilə IMAX kameraları ilə çəkilmiş ilk uzunmetrajlı filmdir. Ekran işini izləmək üçün kinosevərlər digər ştatlardan gəlir, vacib işlərini təxirə salır və hətta gecə seanslarına bilet alırlar.

Kino tənqidçiləri də filmi böyük rəğbətlə qarşılayıblar. Məşhur "Rotten Tomatoes" platformasında filmin reytinqi 96% təşkil edir.

# 444 dəfə oxunub

Oxşar xəbərlər

Selin Dion səhnələrə qayıdır

Selin Dion səhnələrə qayıdır

18:40 10 sentyabr 2026
Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

18:00 10 sentyabr 2026
Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

17:30 10 sentyabr 2026
Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

16:30 10 sentyabr 2026
Mehmet Ali Erbil infarkt keçirtdi

Mehmet Ali Erbil infarkt keçirtdi

16:00 10 sentyabr 2026
Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

15:41 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər