Filarmoniyada Ümummilli Liderin xatirəsinə həsr olunan anım gecəsi keçirildi

Filarmoniyada Ümummilli Liderin xatirəsinə həsr olunan anım gecəsi keçirildi
13 dekabr 2024
# 09:47

Dekabrın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunan anım gecəsi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olan Ulu Öndərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gecədə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.

Xalq artisti Samir Cəfərovun ifasında Tofiq Quliyevin “Sənə də qalmaz”, Vaqif Gərayzadənin “Fantaziya”, Qəmbər Hüseynlinin “Ay işığında”, Aqşin Əlizadənin “Ana torpaq” əsərləri səsləndirilib.

Əməkdar artist Xəyyam Məmmədov “Elegiya-Rekviyem”, bədii rəhbəri Xalq artisti Gülbacı İmanova olan Azərbaycan Dövlət Xor Kapellası “Məşəl kimi yanan ürək” əsərlərini ifa ediblər.

Həmçinin Fikrət Əmirovun “Gülüstan Bayatı-Şiraz” simfonik muğamı, Azərbaycan Xalq mahnısı “Gözəlim sənsən” kimi musiqi nömrələri dinləyicilərdə xoş ovqat yaradıb.

# 1437 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər