"Fərqli dünyalar" sərgisi keçiriləcək

"Fərqli dünyalar"  sərgisi keçiriləcək
26 iyun 2024
# 10:55

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi və Ülvi Art Studiyasının təşkilatçılığı ilə “Fərqli dünyalar” adlı qrup sərgisi keçiriləcək. Sərginin açılışı 28 iyun 2024-cü il tarixində, saat 18:00-da Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına Sərgi Salonunda baş tutacaq.

Kulis.az xəbər verir ki, sərginin əsas məqsədi müasir rəngkarlığımızı zənginləşdirən, rəngarəng əsərləri ilə diqqəti cəlb edən yaradıcı gənclərimizin sosial, eləcə də incəsənət aktivizmini önə çıxarmaq və onları geniş ictimaiyyətə tanıtmaqdan ibarətdir.

Sənətşünas Xanım Rzayevanın kuratorluğu ilə baş tutacaq sərginin ekspozisiyasında Ülvi Art Studiyasının 24 tələbəsinin (Aşurlu Onur, Əsgərova Aysu, Qurbanova Gülnar, Qurbanzadə Aydan, Şahverdiyeva Aysel, Abbasova Əfsanə, Musalı Jalə, Hüseynova Turanə, Babayeva Zöhrə, Əliyeva Fatimə, Zamanova Arzu, Yadigarlı Aynur, Quliyeva Kəmalə, Rəhimova Nazlı, Qəhrəmanova Xumar, Tağıyeva Gülər, Mədətova Aytac, Ağayeva Nərmin, Alsu Hümbətova, Fatimə Əlibaxşiyeva, Cavad Müslümlü, Gülbəyim Məmmədova, Ləman Nağıyeva, Məryəm Bağırova ) əsəri yer alacaq.

Ünvan: Azərbaycan Rəssamlar İttifaqı / Bakı şəhəri, Xaqani küçəsi 43

# 2132 dəfə oxunub

Oxşar xəbərlər

Pelevinin yeni kitabı yaxın günlərdə satışda:  Mövzu Cefri Epşteynin adasıdır...

Pelevinin yeni kitabı yaxın günlərdə satışda: Mövzu Cefri Epşteynin adasıdır...

18:08 10 aprel 2026
Südabə Sərvinin yeni kitabı çap olundu

Südabə Sərvinin yeni kitabı çap olundu

17:33 10 aprel 2026
İlham Əzizin romanı təqdim olunacaq

İlham Əzizin romanı təqdim olunacaq

17:30 10 aprel 2026
"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

17:15 10 aprel 2026
Məşhur aktyorun evində narkotik tapıldı

Məşhur aktyorun evində narkotik tapıldı

16:16 10 aprel 2026
Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

14:45 10 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər