Faciəvi şəkildə vəfat edən gənc şairin kitabı çap olunacaq

Faciəvi şəkildə vəfat edən gənc şairin kitabı çap olunacaq
20 noyabr 2024
# 11:48

Noyabrın 15-i dəm qazından zəhərlənərək dünyasını dəyişən şair, esseist Rauf Ranın rəsmləri, şəkilləri, esselərindən ibarət kitab çap olunacaq.

Kulis.az xəbər verir ki, bu barədə gənc yazıçı Nadir Yalçın öz feysbuk hesabında məlumat verib:

“Rauf Ranın şeirlərini, rəsmlərini, esselərini və haqqında yazılanları bir yerə yığıb kitab halında nəşr etdirmək qərarına gəlmişəm. Niyyətimi "Qanun" nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu ilə bölüşdüm və o, bu təşəbbüsümü dəstəklədi, kitabı təmənnasız çap edəcəyini bildirdi. Buna görə ona minnətdarlığımı bildirirəm.

Çalışacağam ki, Raufun müxtəlif illərdə yazdığı şeirlərin hər birini əldə edim. Ailəsi ilə də bu barədə danışmışam. Dostluğumda olan qələm adamlarından xahiş edirəm ki, kimdəsə Rauf Ranın şeirləri, çəkdiyi rəsmlərin fotoları varsa, mənə yönləndirsin. Həmçinin, zəhmət olmasa, Rauf Ra haqqında kimsə esse, məqalə, ölümündən sonra anım yazısı yazıbsa və yazmaq barədə fikri varsa, tam hazır şəkildə [email protected] imeyl ünvanına yollasın.

2025-ci ilin ilk rübündə kitab işıq üzü görəcək. 2025-ci ilin yanvar ayının sonuna qədər kimdə bu təşəbbüsə uyğun material varsa, xahiş edirəm ki, qeyd etdiyim imeyl ünvanına göndərsin”.

# 2370 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər