Əyyub Türkayın yeni kitabı çap olundu

Əyyub Türkayın yeni kitabı çap olundu
26 dekabr 2022
# 16:40

Gənc şair Əyyub Türkayın "Sovqat" adlı uşaq şeirləri kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitabda məktəbəhazırlıq qruplarında, bağçada, ibtidai sinifdə təhsil alan uşaqlar üçün müxtəlif mövzulu uşaq şeirlər, təmsillər və tapmacalar yer alıb.

Müasir Azərbaycan şeirinin istedadlı nümayəndələrindən olan Əyyub Türkay (Əyyub Ağakərim oğlu Məmmədov) 1988-ci ildə Lənkəran şəhərində anadan olub. 2008-ci ildən Cənub Televiziyasında teleaparıcı-jurnalist vəzifəsində çalışmaqla yanaşı, dövrü mətbuatda publisistik məqalələri və şeirləri ilə çıxış edib. Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2020) , "Qızıl qələm" Media Mükafatı laureatıdır (2022).

Qeyd edək ki, "Sovqat" uşaq şeirləri kitabı Əyyub Türkayın uşaqlar üçün qələmə aldığı ikinci kitabdır. İlk uşaq şeirləri kitabı isə "Balacaların şeir çələngi" olub və qısa zamanda geniş oxucu kütləsi qazanıb.

"Sovqat" kitabı "İmza" nəşrlər evində çapdan çıxıb. Kitabın ön söz müəllifi filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri Elnarə Akimova, redaktoru və korrektoru isə Azərbaycan Yazıçılar Birliyinin üzvləri, şair Ziya Dilsuz və Əhməd Haqsevərdir.

# 2234 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər