Ənənəvi üslub, real məzmun, aktual hadisələr - Hekayə müzakirəsi

Ənənəvi üslub, real məzmun, aktual hadisələr - Hekayə müzakirəsi
23 noyabr 2022
# 15:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Şahnaz Kamalın “İt xoşbəxtliyi” hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.


Nərgiz Nasir

İnsan əzabına irfani yanaşma - Nərgiz Nasir • Ceylan Mumoğlu
Hekayənin dili, axıcı və səlisdir. Mətnin məzmunu, mətndə təsvir olunan hadisələr sosial mesajlar ötürü rki, bu da günümüzdə əsas ən narahatedici güzəran məsələlərinin konkret məcmusunu kəsb edir. Hekayədə, Vaskanın duyumu ilə yanaşı, Svetlana Sergeyevna obrazı oxucunun ipdən asılmış inancını yaxşı mənada körükləndirir və ümid üçün işıq ucu buraxır. Hekayənin kulminasiyası, Maksudun taleyinin həll nöqtəsi, Vaskanın həmin andakı hərəkət və münasibəti, cəmiyyətdə insanlıq münasibətlərinə geniş megapikselli baxış bucağı yaradır.

Müəllifə reallıq və gerçəklik əsasında, əsas ictimai problemlərə toxunduğu üçün təşəkkür edirəm. Uğurlar!


Narıngül Nadir

Tindəki şorgöz kişi udqunur - Narıngül Nadirin yeni şeirləri

Şahnaz Kamalın “İt xoşbəxtliyi” hekayəsi oxunaqlı, maraqlı hekayədir. Bu hekayə mənə Ülviyyə Heydərovanın “Pələng” hekayəsini xatırlatdı. Hekayə ilk abzasdan yazıçı peşəkarlığını hiss etdirir, ədəbi dilin qanunlarına yüksək səviyyədə riayət olunub. Üslub ənənəvi olsa da, məzmun real, aktual hadisələrə söykənib. Keçidlər bir-birinə mətnin məzmununa, süjet xəttinə xələl gətirilmədən ustalıqla bağlanıb. Müəllif hekayədə alt qatlardan məharətlə istifadə edərək, lazımi ictimai mesajlar ötürə bilib. Maksud işləmək üçün Rusiyaya üz tutan postsovet ölkələrinin adamlarının ümumi obrazıdır.

Maksud kimilərinin Rusiyanın şəhərlərində alçaldıcı həyat tərzi keçirməsi, adi zirməzidə belə yaşamaq üçün yer ala bilməməsi, onlara qarşı olan yekəxanalıq acınacaqlıdır.

Hekayədəki maraqlı detallarla insanların “it günüdə” yaşaması məharətlə təsvir olunub. Bu da Şahnaz Kamalın dərin müşahidə qabiliyyətindən, insan psixologiyasına bələdliyindən xəbər verir.

Müəllifə uğurlar arzulayıram.

Kazım Və Kazımoviç

Pişik yeməyi yeyən, bir deputat maaşı qazanan gənc şair: “AYB-də istedadlı  imzalar yoxdu”

"Yuxarıdan bölünə-bölünə gələn pulun on min rublunu ala biləndə sevinirdilər."

Belə başa düşmək olur ki, ("Ki" burada bağlayıcı deyil) sözü gedən tacik və onun həmyerliləri bəzən on mindən də aşağı maaş aldığı aylar olub, (olur) nəinki "bəzən" (Eyni cümlədə bu mötərizə daxil olmaqla üç "bəzən" kəlməsi işlətdiyimə görə üzürlü sayın) hətta əksər hallarda...

Ən azından Maksud ev pulu verir, yemək yeyir, hərdən haşiyəyə qalxıb "nolbeş" də vurur deyə düşünürəm hər halda.

Bəs necə olur ki, belə bir adamın çağırılmaqdan ziyadə dərdi ayın sonu yenə də göndərməli pulun sayı on min olur?!

Pul azalmalı idi axı bütün bunların fonunda, düz demirəm bəlkə?!

"Bir də, hər ayın başı ailəsinə yollamağa on min rubl pulu."

Cümlə təxminən belə olmalı idi:

"Bir də, hər ayın başı ailəsinə yollamağa yerdə qalan törtöküntü rublu."

Yazıçılıq həm də riyaziyyat tələb edir deyə daha bir variant atıram ortalığa.

Başqa bir neqativ fikrim yoxdur; (Açığı heç yuxarıda oxuduğunuz da neqativ fikir deyildi) hekayə əhvalımı dəyişdirdi, məni təsirləndirmək uğrunda son cümləsinə qədər mübarizə apardı, bəyəndim, xoşuma gəldi.

Təvəkgül Boysunar

Uğursuz gün - Təvəkgül Boysunardan yeni hekayə

Hekayə, oxucunu sonacan çəkib apara bilmir. Mətnin ilk iki-üç səhifəsini oxuduqdan sonra bu günün XXI əsr oxucusunu əsərdə saxlayacaq maraq görmədim. Bu səbəbdən sonacan oxuya bilmədim, bəlkə də, mətnin sonrasında çox maraqlı məqamlar və uğurlu yerlər var. Lakin haqqında əvvəllər ətraflı rəy bildirdiyim və özümü məcbur edib sonacan oxuduğum bir neçə hekayədən fərqli olaraq, bu hekayədə müəllifin qeyri-peşəkarlığını ilk səhifələrdə açıq-aşkar büruzə verən çox şey görmədim. Sadəcə digər hekayələrdən fərqli olaraq bu dəfə özümü məcbur etmək istəmədim.

# 4094 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər