Əməkdar incəsənət xadimi vəfat etdi

Leyla Səfərova

Leyla Səfərova

2 noyabr 2022
# 10:00

Azərbaycan kino mədəniyyətinə ağır itki üz verib.

Kulis.az xəbər verir ki, tanınmış kinorejissor, ssenarist, Əməkdar incəsənət xadimi Leyla Səfərova vəfat edib.

Qeyd edək ki, Leyla Həzrət qızı Səfərova 15 oktyabr 1945-ci ildə anadan olub. “Mosfilm” kinostudiyasında "Əbədi təkanverici qüvvə" (1979), “Oğul” (1982) bədii filmlərini lentə alıb. Azərbaycan Televiziyasında “Firəngiz Qurbanova – rəssam və rejissor” (1986), “Aslan və pişik” (1986); “Azərbaycanfilm” kinostudiyasında “Kölgədə 40 dərəcə isti” (1988) bədii; “Birlik” studiyasında “Naməlum torpaq” (1992), “İstiqlal şairi” (1996), “Ana” (1996), “Mərhəmət” (1998) və başqa sənədli filmləri lentə alıb. Leyla Səfərovanın ssenariləri əsasında “Seans” (1995), “Zəka yatarsa” (1996), “Təhlükə sovuşdu” (1998) animasiya filmləri yaradılıb.

2016-cı ildə Azərbaycanın "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

# 5743 dəfə oxunub

Oxşar xəbərlər

Astek imperiyasından da qədim: Oksforddakı 750 illik kitabxananın sirləri

Astek imperiyasından da qədim: Oksforddakı 750 illik kitabxananın sirləri

13:22 27 aprel 2026
Bakıda doğulan məşhur aktyor vəfat etdi

Bakıda doğulan məşhur aktyor vəfat etdi

12:49 27 aprel 2026
Mir Cəlal Paşayev haqqında material istifadəçilərə təqdim edildi

Mir Cəlal Paşayev haqqında material istifadəçilərə təqdim edildi

12:41 27 aprel 2026
Bəxtiyar Vahabzadənin şeirləri Helsinkidə səsləndirildi

Bəxtiyar Vahabzadənin şeirləri Helsinkidə səsləndirildi

12:18 27 aprel 2026
Antik Roma eksponatı üzərindəki araşdırmalar nəyi üzə çıxardı?

Antik Roma eksponatı üzərindəki araşdırmalar nəyi üzə çıxardı?

12:00 27 aprel 2026
Nizami Kino Mərkəzinin direktoru vəzifəsindən çıxdı

Nizami Kino Mərkəzinin direktoru vəzifəsindən çıxdı

11:48 27 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər