Eldar Baxış haqqında kitabın təqdimatı olacaq

Eldar Baxış haqqında kitabın təqdimatı olacaq
11 oktyabr 2022
# 11:20

Oktyabrın 15-də dünyadan vaxtsız köçmüş görkəmli şair Eldar Baxışın anadan olmasının 75 illyi qeyd olunacaq.

Kulis.az xəbər verir ki, tədbirin 1-ci hissəsində (saat 13-30-da) şairin dostları, ailə üzvləri onun Xırdalandakı məzarını ziyarət edəcəklər.

Saat 15-də tədbirin əsas hissəsi başlayacaq. Şairin qələm yoldaşları, əsərlərinin pərəstişkarları olan oxucuları, dostları və ailə üzvləri Eldar Baxışın yaradıcılığından danışacaq, xatirələrini bölüşəcəklər.

Tədbirin bavamı kimi yazıçı Azad Qaradərəlinin yenicə çapdan çıxmış “Vətən şairi” kitabının təqdimatı və imza günü də baş tutacaq. Qeyd edək ki, kitabda A.Qaradərəlinin dostu haqqında zaman-zaman yzadığı esselər, xatirə yazıları, “E.Baxışa məktub”, habelə ilk dəfə çap olunan geniş həcmli “Qarsiya Lorka və Eldar Baxış”, “Sabir Əhmədli və Eldar Baxış”, “Vətən şairi” məqalələri yer alıb.

Kitabda yazıçının öz arxivindən götürüb nəşr etdiyi bir sıra yazılar da maraq doğuracaq.

Eyni zamanda, A.Qaradərəlinin dostuna həsr etdiyi bədii yazılardan parçaları da yeni nəşrdən oxumaq mümkündür. (İlk növbədə oxuculara yaxşı tanış olan “Yuxarıda kim var?” uzun hekayəsini və başqa yazıları qeyd etmək olar.)

Kitabın elmi redaktoru İstanbul Aydın universitetinin professoru Kamil Vəli Nərimanoğlu, redaktoru xanım şair Günel Rəcəbdir.

Tədbir Səməd Vurğunun ev muzeyində (Səbayel rayonu, Tərlan Əliyarbəyov – 6, Sahil metrosundan bir qədər aralıda) keçiriləcək.

Tədbirə giriş sərbəstdir. Maraqlananlar təşkilat komitəsi ilə əlaqə saxlaya bilərlər. Telefonlar: 0503737121 və 0503462552.

# 2785 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər