Elarizin kürəkəninə 945 min dollar verən hüquqşünas danışdı

Elarizin kürəkəninə 945 min dollar verən hüquqşünas danışdı
10 fevral 2025
# 18:00

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Kulis.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Zeynal Usubov ifadə verib.

Kriptovalyuta investisiyası adı ilə pullarını itirən zərərçəkmiş şəxs hüquqşünas olduğunu bildirib. O, ibtidai istintaqa verdiyi ifadəni təsdiqləyib. Z.Usubov bildirib ki, qazanc əldə etmək məqsədilə kriptovalyuta ilə bağlı anlayışı olan birini axtarıb:

"İnternetdə saytların birində Alışan Nizami ilə tanış oldum. Dostum da onu tanıdığını bildirdi. Sonra ona güvənərək 2022-ci ilin may ayında 440 min dollar, 2023-cü ilin yanvarında isə 545 min dollar olmaqla cəmi 945 min dollar pul verdim. O, mənə bunun müqabilində qazanc verəcəyini dedi. 2022-ci ildə verdiyim məbləğ qarşılığında ayda 7-8 min, 2023-cü ildə verdiyim pul məbləğində isə ayda 30 min dollar qazanc götürəcəyimlə bağlı vəd vermişdi. Mənə dedi ki, həmin pulu "İnvest.az"-a yerləşdirib, lakin problem yaranıb deyə pulu çıxarıb Amerikanın hansısa saytına yerləşdirib. Sonrası isə məlumdur".

Z.Usubov əlavə edib ki, Nizami Alışan ona pulun cüzi bir qismini qaytarıb:

"Axırıncı dəfə 30 min və 15 min dollar pul verib. Ondan öncə isə 7-8 min dollar 3-4 ay ərzində pul verib. Verdiyim 400 min dolların şahidi yoxdur, amma sübutları var. Digər 500 min dollar üçün isə şahidim var. Şahid Ramin Talıbovdur. Ümumi məbləğlə - 900 min dollarla bağlı isə səs yazıları mövcuddur. Onları məhkəməyə təqdim etmişəm".

Daha sonra zərərçəkmiş şəxsin ifadəsi elan olunub.

Zərərçəkmiş Babək Məmmədzadənin vəkili Şahin Rəfiyev mülki iddia qaldırıb. Onun iddiası baxılmamış saxlanılıb.

Məhkəmə prosesi fevralın 27-də davam etdiriləcək.

Qeyd edək ki, Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-cü aprelində prokurorluq orqanlarından xaric edilib.

Xatırladaq ki, iş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.

İttihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.

Bu hadisə Azərbaycanda dələduzluq və maliyyə fırıldaqları ilə bağlı ən çox müzakirə olunan məhkəmə proseslərindən biridir. İnvestisiya platformalarında pulların mənimsənilməsi və kriptovalyuta dələduzluğu sahəsində oxşar halların qarşısını almaq üçün diqqətli olmaq vacibdir.

# 1923 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər