Efiri çadır toylarına çevirənlər - Onların məqsədi nədir?

Efiri çadır toylarına çevirənlər - Onların məqsədi nədir?
18 mart 2024
# 12:41

Kulis.az Tərlanə Yaqubqızının "Mənəviyyatımızı kor edənlər" adlı yeni yazısını təqdim edir.

Neçə vaxtdır, bu mövzuda yazmaq istəyirdim. Qismət bu günə imiş.

Azərbaycanda kimi dindirirsən, deyir mən öz televiziya kanallarımıza baxmıram. Mən isə baxıram və baxdıqca da əsəb keçirib baxmayanlara haqq qazandırıram.

Televiziya kanallarının məlum "baş qəhrəmanları" Elgiz, Xoşqədəm, Zaurlar və onların davamçıları efiri keçmiş çadır toylarındakı sərpayılar kimi ələ alıb tamaşaçıların hissləri ilə oynayırlar.

Deyirəm, görəsən bizim günahımız nədir ki, biz hər gün kiminsə neqativi ilə köklənməliyik, kimsə bizim əsəblərimizlə oynamalıdır.

Zatən bir lətifədə deyildiyi kimi, hərənin dərdi özünə bir dəvədir.

İstirahət günümdə televizoru açıram, birdən otağa elə səs- küy dolur ki, elə bilirəm bu saat kimsə kimisə öldürəcək. İnanın, qəfəsdəki tutuquşular da bu səsdən diksinib hay- həşir salırlar. Məcbur olub kanalı çevirirəm, bir də baxıram illərdir üzünü görmədiyim bir qohumum efirə çıxıb.

Onsuz da o qadının əsəbləri yerində deyil. Bu tərəfdən də onu lap gülünc vəziyyətə salıblar. Guya insanlara maddi və mənəvi dəstək olurlar. Amma şou yaratmaq naminə adama deyiblər get evin altını-üstünə çevir, biz də çəkib tamaşaçılara göstərək. Həmin qohumum da onların hər dediyinə əməl edib. Axırda da necə deyərlər, xoruzunu qoltuğuna verib yola salıblar.

Ayağı şikəst, yaşlı bir qonşumuz vardı. Bir neçə il əvvəl o da bu aparıcıların birindən kömək istəyib. Tələb ediblər ki, səni bir şərtlə efirə çıxararıq ki, öz övladlarından şikayət edəsən ki, guya evdən qovulmusan.

Xadimə işləyən bir qadın da danışır ki, öz pulu ilə ayağını müalicə etdirib, çox keçmədən ayağı yenə əvvəlkindən də pis ağrıyır, amma məcbur edirlər ki, efirə çıxıb reklam etdikləri həkimi yalandan tərifləsin.

Belə qohumların, qonşuların sayı təəssüf ki, çoxdur. Amma hamısına münasibət birdir: Reytinq xatirinə adamları ələ salmaq, onları aşağılamaq!

Bu verilişlərin əsas maliyyə dəstəyi olan klinikalardan birinin həkimi anamın sağlam gözünü şikəst edib.

78 yaşlı qoca qadın onların reklamına uyduğu üçün gecə-gündüz əzab çəkir.

Bəndədən qorxmayanlar, heç olmasa, Allahdan qorxun! Təkcə göz olsaydı, nə vardı ki? Siz bu verilişlərinizlə öz millətinizin mənəviyyatını kor edirsiniz.

P.S. Bir vaxtlar televiziyada gözəl diktorumuz Nailə İslamzadənin "Ailələr- talelər" verilişi yayımlanırdı.
Hər şey öz yerində idi, nə qara-qışqırıq vardı, nə təhqir, nə söyüş.

Yaxşı deyiblər, keçən günə gün çatmaz, calasan günü-günə.

# 2489 dəfə oxunub

Oxşar xəbərlər

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görüldü

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görüldü

18:30 30 sentyabr 2026
Türkiyədəki yunan kilsəsi muzey kimi fəaliyyət göstərəcək

Türkiyədəki yunan kilsəsi muzey kimi fəaliyyət göstərəcək

18:00 30 sentyabr 2026
“Taxt oyunları” serialının filmi çəkiləcək

“Taxt oyunları” serialının filmi çəkiləcək

17:30 30 sentyabr 2026
Afra Saraçoğlu və Aras Bulut İynemlinin  narkotik testinin nəticəsi açıqlandı

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticəsi açıqlandı

17:00 30 sentyabr 2026
Tanınmış sosial media fenomeni saxlanıldı

Tanınmış sosial media fenomeni saxlanıldı

16:30 30 sentyabr 2026
Tbilisidə Heydər Əliyevin büstü zədələndi - Ermənistan vətəndaşı saxlanıldı

Tbilisidə Heydər Əliyevin büstü zədələndi - Ermənistan vətəndaşı saxlanıldı

16:27 30 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər