Ədəbi-musiqili proqram: "Səninlə dünyada bəxtiyaram mən"

Ədəbi-musiqili proqram: "Səninlə dünyada bəxtiyaram mən"
3 dekabr 2025
# 13:30

Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına Xor Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan "Səninlə dünyada bəxtiyaram mən" adlı ədəbi-musiqili proqram təqdim edib.

Kulis.az xəbər verir ki, Xalq artisti Mehriban Zəkinin aparıcılıq etdiyi tədbir ədəbiyyat və musiqinin həmahəngliyi ilə tamaşaçılarda xoş ovqat yaradıb.

Konsertdə Cahangir Cahangirov adına Xorun bədii rəhbəri, Əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi ilə kollektiv müxtəlif musiqi janrlarını – muğam, estrada, klassik bəstəkar yaradıcılığı və caz elementlərini özündə birləşdirən geniş repertuar təqdim edib.

Konsertdə şairin sözlərinə bəstələnmiş dillər əzbəri olan mahnılar səsləndirilib. Gecə boyu Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin yuxarı sinif şagirdlərindən ibarət rəqs kollektivinin çıxışı tədbirə xüsusi rəng qatıb.

Xalq artisti Mehriban Zəkinin ifasında şairin poeziyasından nümunələr gecənin bədii xəttini daha da zənginləşdirib. Teatrallaşmış şəkildə təqdim olunan musiqi nömrələri, şairin məşhur şeirləri ilə vəhdət təşkil edərək tamaşaçılara Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatı tarixində xüsusi mövqeyə malik olduğunu bir daha nümayiş etdirib.

Konsert boyunca xorun və solistlərin ifasında "Biri sənsən, biri mən", "Dodaqda gəz", "Gecələr bulaq başı", "Sən güldən də gözəlsən", "Sənin vüqarın mənəm", "Bir millət, iki dövlət", "Ana torpaq" kimi əsərlər də səsləndirilib. İfaçıları Əməkdar artist Nərgiz Əliyeva (piano), Səxavət Məmmədov (tar), Yusuf Rüstəmov (nağara), Röyal Heydərli (saz), Hüseyn Ələkbərli (balaban) və Mahir Quliyev (kamança) müşayiət edib.

Xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, Dövlət mükafatları laureatı Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr edilən ədəbi- musiqili gecə şairin Azərbaycan ədəbiyyatının xüsusi mövqeyə malik görkəmli simalarından olduğunu, poeziyasının insanı daim mənəvi ucalığa səslədiyini, poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində böyük rol oynadığını musiqi və şeirin dili ilə nümayiş etdirib.

# 951 dəfə oxunub

Oxşar xəbərlər

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

14:50 17 oktyabr 2026
"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

14:15 17 oktyabr 2026
İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

13:30 17 oktyabr 2026
Pompei Arxeoloji Parkının pişikləri haqqında yeni foto-kitab

Pompei Arxeoloji Parkının pişikləri haqqında yeni foto-kitab

13:00 17 oktyabr 2026
Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi  hazırlandı

Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi hazırlandı

12:30 17 oktyabr 2026
Tanınmış portuqaliyalı yazıçı  vəfat etdi

Tanınmış portuqaliyalı yazıçı vəfat etdi

12:00 17 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər