Dünyanın populyar istedad axtarışı şousu Azərbaycanda

“Central Asia's Got Talent” (“Talant Mərkəzi Asiya”)

“Central Asia's Got Talent” (“Talant Mərkəzi Asiya”)

20 noyabr 2021
# 14:12

Dünyanın ən populyar istedad axtarışı şousu olan “Central Asia's Got Talent” (“Talant Mərkəzi Asiya”) artıq Azərbaycanda da keçiriləcək.

Yarışın Azərbaycan üzrə tərəfdaşı “Xəzər" Media Mərkəzidir.

“Xəzər" Media Mərkəzindən APA-ya verilən məlumata görə, layihə Mərkəzi Asiyadakı istedadların yolunu yenidən açır. İkinci mövsümdə bu şouya ilk dəfə olaraq Azərbaycan da qoşulur.

“Central Asia's Got Talent” şousunun seçimi beş ölkədə - Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanda keçiriləcək.

Yarışın finalı isə Qazaxıstanın Türküstan şəhərində təşkil olunacaq. Qalibi 40 min manat mükafat gözləyir.

Münsiflər heyətinin tərkibində bir azərbaycanlı məşhur da olacaq. Onun kim olduğu noyabr ayının 25-də "Xəzər" Media Mərkəzində keçiriləcək mətbuat konfransında açıqlanacaq.

Azərbaycan üzrə seçim turları noyabrın 24-ü başlayır. Yaş məhdudiyyəti yoxdur. Kastinq iki gün noyabrın 24-25-də saat 10:00-dan 17:00-dək Bakıda, “Xəzər" TV-də keçiriləcək. İştirak üçün şəxsiyyət vəsiqəsinin təqdim olunması tələb olunur.

Qeyd edək ki, “Central Asia's Got Talent” şousu 2019-cu ildən fəaliyyətə başlayıb.

İlk qalibi Tacikistanı təmsil edən 22 yaşlı ifaçı Çorşonba Alovatov olub. 5 ölkəni əhatə edən bu şouda istənilən yaşda olan şəxslər öz bacarıqlarını nümayiş etdirə bilərlər. Layihə Simon Covel tərəfindən əsası qoyulmuş “America’s got talent” və “Britian’s got talent” şoularının əsasında yaradılıb.

Yarışma bu gün dünyanın 70-dən çox ölkəsində yayımlanır. “Got Talent” formatı dünyanın ən uğurlu realiti-şousu kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

# 2451 dəfə oxunub

Oxşar xəbərlər

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

18:45 19 noyabr 2025
Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

17:45 19 noyabr 2025
ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

16:37 19 noyabr 2025
Xalq artisti Roza Cəlilova dəfn olundu

Xalq artisti Roza Cəlilova dəfn olundu

16:35 19 noyabr 2025
Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

15:46 19 noyabr 2025
Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

15:03 19 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər