Dünya Gənc Türk Yazarlar Birliyi yeni kitab çap etdirdi

Dünya Gənc Türk Yazarlar Birliyi yeni kitab çap etdirdi
16 fevral 2024
# 14:50

Dünya Gənc Türk Yazarlar Birliyi Özbəkistanın Xalq şairi, Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Səyyidin kitabını çap edib.

Kulis.az xəbər verir ki, kitabın Ön sözünün müəllifi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyev, layihənin ideya müəllifi Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, layihənin koordinatoru DGTYB başqanı, şair İntiqam Yaşar, özbək türkcəsindən uyğunlaşdıranlar filologiya elmləri doktoru, professor Yaşar Qasımbəyli, filologiya üzrə fəlsəfə doktoru, şair Akif Azalp, kitabın tərtibçisi Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseyn, redaktoru filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, məsləhətçilər Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu və Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair Əkbər Qoşalıdır.

Kitabda görkəmli ədibin müxtəlif illərdə qələmə aldığı yaradıcılıq nümunələri yer alıb.

Qeyd edək ki, nəfis tərtibatla işıq üzü görən kitabın qarşıdakı zamanlarda Azərbaycanda və Özbəkistanda geniş təqdimat törənləri nəzərdə tutulur.

# 2172 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər