Dövlət Uşaq Xor Kapellası yaradılacaq

Dövlət Uşaq Xor Kapellası yaradılacaq
12 yanvar 2026
# 18:43

Bu il Dövlət Uşaq Filarmoniyasında özünü doğrultmuş layihələrin davam etdirilməsi və genişləndirilməsi, eyni zamanda konsert və təhsil fəaliyyətinin yeni formatlarının həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan şəhərləri üzrə rəqs kollektivlərinin, xalq ansamblının, orkestrin və xor kollektivlərinin solo proqramlarla qastrol səfərlərinin təşkili planlaşdırılır.

Kulis.az xəbər verir ki, Dövlət Uşaq Xor Kapellasının yaradılmasına başlanılacaq. Növbəti mərhələdə isə uşaq simfonik orkestrinin formalaşdırılması nəzərdə tutulur. Əsas diqqət uşaqlara və gənclərə, onların yaradıcılıq inkişafına yönəldiləcək. Tanınmış musiqiçilər və mədəniyyət xadimləri ilə ustad dərsləri və yaradıcı görüşlərin keçirilməsi də planlara daxildir.

Səidə Tağı-zadə vurğulayıb ki, yaxın vaxtlarda təhsil müəssisələri və mədəniyyət mərkəzləri ilə əməkdaşlığın daha da genişləndirilməsi, eyni zamanda fəaliyyətin informasiya və media istiqamətinin inkişaf etdirilməsi planlaşdırılır. Məqsəd Uşaq Filarmoniyasını geniş auditoriya üçün daha açıq, müasir və əlçatan etmək, bununla yanaşı yüksək bədii səviyyəni qoruyub saxlamaqdır.

# 1111 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

18:00 2 oktyabr 2026
Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

17:15 2 oktyabr 2026
"Qızıl Portağal" film festivalının  siyahısı açıqlandı

"Qızıl Portağal" film festivalının siyahısı açıqlandı

17:00 2 oktyabr 2026
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

16:45 2 oktyabr 2026
Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

16:00 2 oktyabr 2026
Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

15:30 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər