Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda təmsil etdi

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda təmsil etdi
6 may 2024
# 18:00

Qazaxıstanın Kokşetau şəhərində Şaxmet Xusainov adına Akmola Vilayət Qazax Musiqili və Dram Teatrında Qazaxıstanın Xalq yazıçısı, Dövlət mükafatı laureatı, dramaturq Saken Junusovun 90 illik yubileyinə həsr olunmuş “SALEM” II Beynəlxalq Komediya Tamaşaları Festivalı keçirilib. Festival çərçivəsində Kokşetau tamaşaçıları teatr səhnəsində Qazaxıstan, Azərbaycan və Türkiyənin aparıcı teatrlarının ifasında tanınmış dramaturqların əsərlərindən ibarət tamaşaları seyr ediblər.

Kulis.az xəbər verir ki, festivalda Dövlət Pantomim Teatrının Xalq artisti Bəxtiyar Xanızadə və aktyor Bəhruz Əhmədlinin quruluşunda "Son Ştrix“ tamaşası ilə təmsil olunub.

Tamaşa Qazaxıstan teatrsevərlərinin yüksək rəğbətini qazanaraq münsiflər heyətinin qərarı ilə "Ən yaxşı pantomima tamaşası” nominasiyası və xüsusi pul mükafatına layiq görülüb.

# 1362 dəfə oxunub

Oxşar xəbərlər

Samir Nuriyev Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordenini təqdim etdi

Samir Nuriyev Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordenini təqdim etdi

15:10 24 fevral 2026
“Vicdanın susduğu gecə”  adlı anım tədbiri keçirildi

“Vicdanın susduğu gecə” adlı anım tədbiri keçirildi

14:30 24 fevral 2026
Postmodern jest və mifoloji yaddaşın sintezi – çağdaş İran poeziyasının parlaq imzası

Postmodern jest və mifoloji yaddaşın sintezi – çağdaş İran poeziyasının parlaq imzası

14:00 24 fevral 2026
"Met Gala 2026"in mövzusu açıqlandı

"Met Gala 2026"in mövzusu açıqlandı

13:40 24 fevral 2026
Məşhur aktyor intihar etdi

Məşhur aktyor intihar etdi

12:36 24 fevral 2026
Abdulla Şaiqin 145 illiyi münasibətilə sərgi açıldı

Abdulla Şaiqin 145 illiyi münasibətilə sərgi açıldı

12:20 24 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər