“DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalının açılışı oldu

“DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalının açılışı oldu
27 sentyabr 2023
# 15:20

Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə “DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalının açılışı olub.

Kulis.az xəbər verir ki, Azərbaycan Kino Agentliyinin şöbə müdiri Rəşad Qasımov, “DokuBaku”nun təsisçisi və direktoru, kino və teatr rejissoru İman Həsənov çıxış edərək festivalın keçən il olduğu kimi bu il də gender bərabərliyinə sadiqliyini qeyd edib. Belə ki, bu il qalib adını qazanaraq, festivalda iştirak edən filmlərin 40 faizi məhz qadın əməyinin məhsuludur.

Sonra “Yüz yaşa” filmi nümayiş olunub.

Ekran əsəri dünyanın ən uzunömürlü sakini kimi “Ginnesin rekordlar kitabı”na düşmüş Şirəli Müslümov və onun ailəsindən bəhs edir. Həmçinin Lerik rayonunda yaşayan digər uzunömürlü şəxslərin həyat və yaşayış tərzləri haqqında maraqlı kadrlar yer alıb.

Rejissor film haqqında festival iştirakçılarını məlumatlandırıb. Bildirib ki, onun Azərbaycanda çəkdiyi ilk filmdir: “Çox sevinirəm ki, filmin premyerası məhz milli kinonun yaranmasının 125 illiyinə təsadüf etdi. Arzu edirəm ki, uzunömürlü Azərbaycan kinosu qəlbimizdə həmişə yaşasın”.

Qeyd edək ki, 2017-ci ildən keçirilən festival Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Builki festivalın mövzusu “KosmoDarvinizm: Dolça dövrü” adlanır. İndi bəşəriyyət Dolça əsrinə qədəm qoyduğuna görə, biz qloballaşmaya və sehrdən fərqlənməyən elmin sürətli inkişafına hazır olmalıyıq. 30 il əvvəl bizə yalnız ssenaristlərin və yazıçıların ixtirası kimi görünən ideyalar artıq həyata keçir və varlığımızın bir hissəsinə çevrilir.

Festivalın proqramı 43 nümayişdən ibarətdir. Festivalda 29 ölkədən 61 sənədli film nümayiş etdiriləcək.

Festival ən yaxşı tammetrajlı film, ən yaxşı qısametrajlı film, DokuDarvin, No Main müsabiqə, müsabiqədən kənar və DokuKids olmaqla beş kateqoriyaya bölünür. Festival ərzində istehsal olunan yeni filmlərin premyeralarının da keçirilməsi nəzərdə tutulur.

Hər nominasiya üzrə qalibləri isə Fransua Skulye, Nik Voyt, Maykl Qraversen, Andrea Tsulkova, Emil Nəcəfov və Fuad Şabanov kimi janrın tanınmış ustaları da daxil olmaqla 20 ekspertdən ibarət beynəlxalq münsiflər heyətinin üzvləri müəyyən edəcək. Hər kateqoriya üzrə birinci yeri tutan kinorejissorlara festival mükafatları təqdim olunacaq. Qaliblər “iHuman”, “iCyborg”, “NewEye” mükafatları ilə yanaşı, yeni “CosmoHuman” mükafatı ilə də təltif olunacaqlar.

Festivalın builki rəsmi tərəfdaşları Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Nizami Kino Mərkəzi, Almaniyanın ölkəmizdəki səfirliyidir.

Festivalın məqsədi sənədli film yaradıcılarının mövcud dəyişikliklər haqqında nə düşündüklərini öyrənmək, eləcə də dövrümüzün reallığı olan rəqəmsallaşma və həyatın çılğın tempi ilə bəşəriyyət necə ayaqlaşa bilər, insana dəyər biçən kimdir, insan texnologiyadan istifadə etmədən uğur qazanmaq arzusunun öhdəsindən ən yaxşı şəkildə necə gələcək kimi suallar çərçivəsində kinematik araşdırmaları bölüşməkdir.

# 1923 dəfə oxunub

Oxşar xəbərlər

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

19:19 24 noyabr 2026
Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

18:44 24 noyabr 2026
Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

17:46 24 noyabr 2026
Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

17:14 24 noyabr 2026
"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

17:00 24 noyabr 2026
Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

15:46 24 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər