Dilçilik İnstitutu: "Yeni orfoqrafiya lüğətini izafət birləşmələrindən təmizləyirik"

Dilçilik İnstitutu: "Yeni orfoqrafiya lüğətini izafət birləşmələrindən təmizləyirik"
30 iyun 2026
# 18:02

"Yeni orfoqrafiya lüğətini sentyabr-oktyabr aylarında hazırlayıb Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinə təhvil verəcəyik".

Kulis.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli bildirib.

Nadir Məmmədlinin sözlərinə görə, hazırda yeni orfoqrafiya lüğəti izafət birləşmələrindən təmizlənir: “Azərbaycan dilində ərəb-fars sözlərinin izafət birləşmələri qalmaqdadır. Məsələn, “əhvali-ruhiyyə” sözünə izafət tərkibində “i” saiti artırılır. Ancaq biz buna milli söz kimi əhval-ruhiyyə deyə bilərik. Hazırda bu tip sözlərlə bağlı ciddi iş aparılır”.

Hazırda yeni orfoqrafiya lüğəti üzrə 175 280 söz üzərində iş getdiyini deyən İnstitut direktoru qeyd edib ki, yekunda bu say arta və ya azala bilər.

“Eyni zamanda əcnəbi dildən söz almaqdansa, sözü öz dilimizin daxilində, kökündə tapmaq lazımdır. Bu prosesə də diqqətlə yanaşırıq”, - Nadir Məmmədli vurğulayıb.

Professor orfoepiya lüğətinin hazır olduğunu və Nazirlər Kabinetinə təqdim edildiyini də bildirib.

“Lüğətin quruluşunda bəzi dəyişikliklər var. Nazirlər Kabineti orfoepiya qaydalarını təsdiqlədikdə, lüğət istənilən vaxt çapa hazır olacaq”, - o əlavə edib.

# 704 dəfə oxunub

Oxşar xəbərlər

Kitabı “yiyəsiz” qoymazdılar... - İndikilər nəvələrinə kimi oxumağı tövsiyə edəcəklər?

Kitabı “yiyəsiz” qoymazdılar... - İndikilər nəvələrinə kimi oxumağı tövsiyə edəcəklər?

11:30 4 oktyabr 2026
Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər