Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin yeni nəşri təqdim edildi

Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin yeni nəşri təqdim edildi
8 aprel 2026
# 16:35

Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetində Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində nəşr edilən “Xalid Səid Xocayev” (“Xolid Said Xo‘jayev”) kitabının təqdimatı keçirilib.

AMEA-dan Kulis.az-a verilən məlumata görə, tədbirin əvvəlində universitet haqqında qısa film nümayiş etdirilib.

Təqdimat mərasimində Azərbaycanın və Özbəkistanın rəsmi şəxsləri, elm və təhsil ictimaiyyətinin nümayəndələri, alim və tədqiqatçılar, tələbələr iştirak ediblər.

Tədbiri açan Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetinin rektoru Sanjar Adilov Azərbaycan və Özbəkistan münasibətlərinin ortaq tarixi və mədəni köklərə əsaslandığını vurğulayıb. O, bu əlaqələri bir-birini tamamlayan iki qardaş xalqın qarşılıqlı inkişaf modeli kimi dəyərləndirib.

Sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov Xalid Səid Xocayevin irsinin Azərbaycan və Özbəkistan xalqları üçün ortaq elmi və mənəvi dəyər olduğunu bildirib. Akademik Rafael Hüseynov qeyd edib ki, alim özbək əsilli olsa da, həyatının böyük hissəsini Azərbaycanda elmi fəaliyyətə həsr edib və bu baxımdan onun irsi hər iki xalq üçün mühüm əhəmiyyət kəsb edir. O, Xalid Səid Xocayevin irsinin araşdırılmasının türkoloji elmin inkişaf tarixinin daha dərindən öyrənilməsinə və Türk dünyasının ortaq elmi irsinin sistemli şəkildə dəyərləndirilməsinə xidmət etdiyini söyləyib.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov isə çıxışında Türk dünyasının böyük ədəbi və elmi simaları arasında mövcud olan mənəvi bağlılıqlardan bəhs edərək, Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı fonunda ortaq ədəbi ənənələrin formalaşmasına diqqət çəkib. Qeyd edib ki, bu kimi şəxsiyyətlər Türk dünyasının mədəni inkişafında mühüm rol oynayıb, Xalid Səid Xocayev də türkoloji elmin görkəmli nümayəndələrindən biri kimi bu ənənənin davamçıları sırasında yer alır.

Daha sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli çıxış edərək bildirib ki, təqdim olunan nəşr Xalid Səid Xocayevin zəngin elmi irsinin sistemli şəkildə təqdim olunması baxımından əhəmiyyətlidir. Kitab Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində nəşr olunub və bu kimi təşəbbüslər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən həyata keçirilən siyasətə uyğun olaraq iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir.

Milli Məclisinin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova qeyd edib ki, bu cür tədbirlər Azərbaycan və Özbəkistan arasında mövcud olan tarixi və mənəvi bağlılıqların möhkəmləndirilməsi baxımından böyük önəm daşıyır. Bildirib ki, təqdim olunan nəşr Xalid Səid Xocayevin elmi fəaliyyətini əks etdirməklə yanaşı, onun yaradıcılığının daha geniş elmi və ictimai auditoriyaya çatdırılmasına xidmət edir.

Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetinin professoru filologiya elmləri doktoru, kitabın özbək dilinə tərcüməçisi Marufcan Yoldaşov nəşrin hazırlanmasının əlamətdar hadisə olduğunu bildirib.

Sonda kitabın müəllifi Azər Turan çıxış edərək Xalid Səid Xocayevin Birinci Türkoloji Qurultaydakı fəal iştirakından bəhs edib, onun türkoloji fikrin inkişafında mühüm rol oynadığını deyib. Qeyd edib ki, alim Türk dünyasının elmi düşüncəsinin formalaşmasında fəal mövqe tutan və bu sahədə istiqamətverici rol oynayan şəxsiyyətlərdən biri olub.

Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr truppasının üzvləri çıxış ediblər.

# 160 dəfə oxunub

Oxşar xəbərlər

Humay Qədimovanın solo konserti baş tutdu

Humay Qədimovanın solo konserti baş tutdu

17:41 8 aprel 2026
Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi

Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi

16:31 8 aprel 2026
Mədəniyyət Nazirliyi "Kulis"i  15 illik yubileyi münasibətilə təbrik etdi

Mədəniyyət Nazirliyi "Kulis"i 15 illik yubileyi münasibətilə təbrik etdi

16:04 8 aprel 2026
"Tərk etməyi öyrən, xoşbəxtliyin açarı budur..." - Buddadan hikmətli kəlamlar

"Tərk etməyi öyrən, xoşbəxtliyin açarı budur..." - Buddadan hikmətli kəlamlar

14:50 8 aprel 2026
Ankarada azərbaycanlı rəssamların sərgisi açıldı

Ankarada azərbaycanlı rəssamların sərgisi açıldı

14:00 8 aprel 2026
"Varlı olmaq istəyirsinizsə..." - Amerikalı yazıçının məşhur bestsellerindən sitatlar

"Varlı olmaq istəyirsinizsə..." - Amerikalı yazıçının məşhur bestsellerindən sitatlar

12:50 8 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər