Kitab sərgisi

Xalq yazıçısı: "Pandemiyanı ciddiyə almamaq Allah qarşısında da günahdır"

Xalq yazıçısı: "Pandemiyanı ciddiyə almamaq Allah qarşısında da günahdır"
26 mart 2020
# 16:19

“Mən bu pandemiyaya çox böyük bir bəla və eyni zamanda çox böyük bir sınaq kimi baxıram”.

Bunu APA-ya açıqlamasında Xalq yazıçısı Elçin deyib.

“Biz elə etməliyik ki, bu sınaqdan həm fiziki-cismani, həm də mənəvi mənada gücsüz, zəifləmiş, bədbin, sarsılmış vəziyyətdə çıxmayaq. Biz çalışmalıyıq ki, bu bəladan və təbiətin bu sınağından sağlam, daha artıq dərəcədə güclənmiş şəkildə çıxaq. Bu günləri xüsusən yaşı 65-dən yuxarı olanlar üçün evdə oturmaq şəraiti yaranıb. Mən bunu müsbət hal hesab edirəm, evdə oturmaq da bir fürsətdir. Bu fürsətdir ki, bu vaxta kimi oxumadığımız kitabları oxuyaq. Bu fürsət verir və internetin imkanları da heç vaxt olmayan dərəcədə şərait yaradır ki, baxmadığımız tamaşalara, filmlərə baxaq. Eyni zamanda 65 yaş böyük bir həyat təcrübəsindən xəbər verir. Həyat haqqında, ölüm haqqında, Allah haqqında, kainat haqqında nə qədər danışmalı, bölüşməli düşüncələr, xatirələr var ki, işdən-gücdən vaxt tapıb onları doğmalarımıza, yaxınlarımıza söyləməmişik. İndi övladlarla, nəvələrlə, nəticələrlə, lap elə kötükcələrlə bu söhbəti aparmaq üçün imkan yaranıb. Şübhəsiz bu imkandan istifadə etməliyik”, - deyə Xalq yazıçısı vurğulayıb.

Elçin pandemiyanı ciddi qəbul etməyib evdə qalmayanların təkcə özlərinə qarşı deyil, özləri də bilmədən yaxınlarına, başqalarına qarşı düşmənçilik etdiklərini də diqqətə çatdırıb: “Bunu başa düşmək lazımdır. Bu gün Amerika Birləşmiş Ştatları kimi dünyanın bir nömrəli dövlətində ölənlərin sayı mini keçib. Amma baxın, bu epidemiya Çində başladı, böyük fəlakətlər törətdi. Lakin Çin xalqının daxili mədəniyyəti, özünü səfərbər etmə qabiliyyəti bu virusla necə mübarizə aparmaq lazım olduğunu göstərdi. Çünki Çin xalqı başa düşür ki, bu böyük fəlakətdir. Belə olan təqdirdə bu pandemiyanı ciddiyə almamaq, onu zarafata salmaq özünə və yaxınlarına, başqalarına qarşı düşmənçilikdən əlavə Allahın qabağında da böyük günahdır”.

Xalq yazıçısı vətəndaşları özlərini bədbinliyə, küskünlüyə mənəvi cəhətdən sarsıntıya köklənməməyə çağırıb: “Əksinə daha artıq bir güc tapmalı, içimizdəki imkanları daha artıq dərəcədə toparlamalı və elə etməliyik ki, bu fəlakətdən həm fiziki, həm də mənəvi cəhətdən sarsılmamış çıxaq. Mən çox istərdim ki, bu günlər bizim gələcəkdə xatırlayacağımız və barəsində xoş danışacağımız bir xatirəyə çevrilsin”.

# 2583 dəfə oxunub

Oxşar xəbərlər

Cim Kerriyə "Cesar" mükafatı veriləcək

Cim Kerriyə "Cesar" mükafatı veriləcək

13:20 4 oktyabr 2025
Əlisəmid Kürün son vəziyyəti  - Həyat yoldaşından açıqlama

Əlisəmid Kürün son vəziyyəti - Həyat yoldaşından açıqlama

11:55 4 oktyabr 2025
Tanınmış türkiyəli aktyor vəfat etdi

Tanınmış türkiyəli aktyor vəfat etdi

11:43 4 oktyabr 2025
Alim Qasımov Torontoda konsert verdi

Alim Qasımov Torontoda konsert verdi

11:20 4 oktyabr 2025
Məşhur reperə 4 il həbs cəzası verildi

Məşhur reperə 4 il həbs cəzası verildi

11:00 4 oktyabr 2025
Alternativ Nobel mükafatı laureatlarının adları açıqlandı

Alternativ Nobel mükafatı laureatlarının adları açıqlandı

10:26 4 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər