Üzün ağdır, Oqtay!  - Tanınmış şair cəbhədəki xalası oğluna şeir yazdı  

Üzün ağdır, Oqtay!  - Tanınmış şair cəbhədəki xalası oğluna şeir yazdı  
2 noyabr 2020
# 14:44

Kulis.az tanınmış şair Sevinc Elsevərin cəbhədə olan xalası oğlu Oqtaya yazdığı şeiri təqdim edir.

On yaş böyüyəm cəbhədəki xalam uşağından
qucağımda oynatmışam
yanağını dartmışam
tut ağacının əli çatmayan budağını
çəkib ona sarı uzatmışam
mənə görə boyu sevələnəsi baladı hələ...
toyunu görməmişik
toyunda kəsmək üçün
xalamın böyütdüyü cöngə də qartıyıb!

İndi onunla bağlı nə xatirəm varsa
hamısını xatırlayıram
qızmar bir avqustda şəhərdən kəndə
qonaq getmişdim
qolları, qıçları
üzü-boynu qapqara oğlandı onda
günün altında çapan oğlan uşağıydı
“nə yaman qaralmısan
ona görə ki, Qaralar kəndində yaşayırsan?”
kəndlərinin adına da sataşmışdım...
“sən də kənddə yaşasan
bu qədər ağbəniz olmazsan”-demişdi
anasına tarlada, həyətdə- bacada kömək edərdi
səhərdən-axşamacan
əl boyda uşaq olandan

Qəlbinə dəymişdi zarafatım
peşman olmuşdum ordaca, həmən
qəribədir, necə unutmamışam mən?

İndi cəbhədə
onu qaraldan kəndi
məni ağardan şəhəri qoruyur
görəsən necədi rəngi-ruhu
küləyin altda
günəşin altda
güllə yağışı altda?

Üzün ağdır, Oqtay
dünyanın bütün şəhərlərində yaşayan
ağbəniz adamların hamısının üzündən ağ
bəxtin də ağ olsun, əziz qardaşım!
salamat qayıt,
qələbənə ən çox anan sevinəcək
sənin qələbən həm də evə sağ-salamat qayıdışındır!

# 3670 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər