Topçu Vüsalın atası: “Sinif yoldaşı şəhid olmuşdu, ona görə çox qəzəbliydi” – Müsahibə

Topçu Vüsalın atası: “Sinif yoldaşı şəhid olmuşdu, ona görə çox qəzəbliydi” – Müsahibə
4 noyabr 2020
# 17:16

Kulis.az-a şəkli sosial şəbəkələrdə trendə çevrilən əsgər Vüsal Şahkərəmovun atası İslam Şahkərəmovla müsahibəsini təqdim edir. Xatırladaq ki, Vüsal Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Orta təhsilini eyni kənddə şəhid Arif Məmmədov adına orta məktəbdə alıb.

- İslam bəy, Vüsalın sosial şəbəkədə fotosunun yayılmasından xəbəriniz var yəqin

- Xəbərim var. Şəkili ilk dəfə mənə dostum göstərdi. Sonra televiziyada, sosial şəbəkələrdə gördüm. Qürur duydum oğlumla.

- Bir az Vüsaldan danışın. Necə uşaq idi, onu digər uşaqlardan fərqləndirən nə idi, necə böyüyüb?

- Vüsalın digər uşaqlardan fərqini hiss etməmişəm. Evin tək oğludur. 2001-ci ildə dünyaya gəlib. Böyük övladımdır. Vüsaldan başqa iki qız övladım var. Bildiyiniz kənd həyatında böyüyüb Vüsal. Özüm adi işçiyəm. Yəni iş olanda işləmişəm, olmayanda evlə, həyətlə məşğul olmuşam.

- Orta məktəbdə necə oxuyub?

- Yaxşı oxuyub. Ali məktəbə imtahan verdi, qəbul oldu, ancaq ödənişliyə düşdüyü üçün oxuya bilmədi. İmkanım çatmadı onu oxutdurmağa. Keçən il yayda hərbi xidmətə yola düşdü. İnşallah qismət olsa, yanvarda qayıtmalıdır.

- İslam bəy, Vüsalın yayılan fotosu həm də qəhrəmanlığın simvoluna çevrilib. Ondakı bu vətənpərvərliyi nə zamansa hiss etmişdiniz?

- Vüsalın çox yaxın dostu, həm də sinif yoldaşı şəhid olmuşdu. Ondan sonra Vüsal çox qəzəblənmişdi. Elə hey deyirdi, gedib o şərəfsizləri məhv eləmək lazımdır. İndi oğlum istəyinə çatıb. O, bir Azərbaycan əsgəridir. Mən də ata kimi oğlumla fəxr edirəm.

- Sevdiyi var?

- Yox. Mən bilən yoxdur.

- Axırıncı dəfə nə vaxt danışmısınız Vüsalla?

- Elə bu gün danışmışam.

- Əhval ruhiyyəsi necədir?

- Çox yaxşıdır əhval-ruhiyyəsi. Deyir, qələbə xəbəri ilə qayıdacam.

# 13840 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər