İlkin Həsəni ATV-dən getməsini yazdı: “Təəssüf ki...”

İlkin Həsəni ATV-dən getməsini yazdı: “Təəssüf ki...”
8 sentyabr 2021
# 17:45

“Bu il televiziya karyeramın düz 20 ili tamam olur. Bəli, düz 20 il öncə televiziya rejissorluğu fakültəsinin ikinci kurs tələbəsi İlkin Həsəni anasının hazırladığı katlet-çörəyi də paketin arasına qoyub dərsdən sonra yollandı 106-Fm radiosuna. Bir aylıq hazırlıq, məşqlər və budur 2001 payızında ilk canlı yayım, ilk efir həyəcanı və s.”

Bu sözləri aparıcı, rejissor, İlkin Həsəni ATV kanalından ayrılması ilə bağlı sosial şəbəkə hesabında yazıb. O, daha sonra əlavə edib:

“ATV-də "ATV Maqazin", "Yeni Ulduz", "Bozbash Pictures" və digər layihələr məni mən etdi. ATV-də dörd rəhbər dəyişimini görən bəlkə də tək-tük əməkdaşlardan oldum. Hər birinə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm, hər biriniz mənim üçün çox əziz olmusunuz. İl oldu 2013 və mən mənim üçün çox böyük önəm kəsb edən "İLK Media" haqqında düşündüm, yaratdım. İstehsal etdiyimiz film, serial, reklam, sosial çarxlar haqqında yazıb çox da başınızı ağrıtmayım. Hal-hazırda sayı 25-ə yaxın kiçik kollektivimizlə az da olsa nələrsə edirik. Şirkətimiz yarandığı gündən əməkdaşlıq etdiyi bir TV olub, o da mənim doğma ATV kanalım. Çox təəssüf ki, bu kanalla yollarımızı ayırmalı olduq, yeni yayım kanalımız bu ilin oktyabrdan etibarən “Space” olacaq. Rebrendinq olunmuş, yeni loqolu, yeni heyətli, HD yayımlı, “Amaci”siz, “Zita və Gita”sız “Space”. Köhnə dostlarımızla bərabər yeni bir yola çıxırıq, bu yolda hər birimizə uğur olsun”.

# 2943 dəfə oxunub

Oxşar xəbərlər

Eşqin tərifini verən yazıçı - Əlibala Hacızadə haqqında

Eşqin tərifini verən yazıçı - Əlibala Hacızadə haqqında

18:39 15 sentyabr 2025
Bələdiyyə seçkiləri, töhmətlər... - Brilliant Dadaşovaya niyə qadağa qoyulmuşdu?

Bələdiyyə seçkiləri, töhmətlər... - Brilliant Dadaşovaya niyə qadağa qoyulmuşdu?

17:52 15 sentyabr 2025
Nazim Hikmətlə dostluğuna dair  kitab yazan  yazıçı -  Orxan Kamal Bolqarıstana niyə getmişdi?

Nazim Hikmətlə dostluğuna dair kitab yazan yazıçı - Orxan Kamal Bolqarıstana niyə getmişdi?

16:00 15 sentyabr 2025
Dövlət Turizm Agentliyi Gəncə və Göygölə infotur təşkil edib

Dövlət Turizm Agentliyi Gəncə və Göygölə infotur təşkil edib

15:19 15 sentyabr 2025
Avroviziyadan İsraillə bağlı 2 şərt

Avroviziyadan İsraillə bağlı 2 şərt

14:53 15 sentyabr 2025
"Mən görmədiklərimi yaza bilmərəm..." -  Həmidə xanımın  imtina cavabının səbəbi nə idi?

"Mən görmədiklərimi yaza bilmərəm..." - Həmidə xanımın imtina cavabının səbəbi nə idi?

14:30 15 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər