“Qobustan abidələri” adlı esse müsabiqəsi elan olundu

“Qobustan abidələri” adlı esse müsabiqəsi elan olundu
4 may 2021
# 19:00

Qobustan Milli Tarix- Bədii Qoruğunun 18 may - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar məktəblilər arasında “Qobustan abidələri” mövzusunda esse müsabiqəsi elan edilib.

Qobustan Milli Tarix- Bədii Qoruğundan Kulis.az-a bildirilib ki, müsabiqədə bütün yaş qruplarından olan məktəblilər iştirak edə bilər.

Esselər Azərbaycan dilində təqdim olunmalıdır. Hər müəllif yalnız bir esse ilə müsabiqədə iştirak edə bilər. Yalnız heç bir mətbuat orqanında çap olunmamış esselər müsabiqəyə buraxılır. Təqdim edilən esselər “Microsoft Word” proqramında A4 formatda, “Times New Roman” 14 şriftində yığılmalı, 300-500 söz həcmində olmalıdır. Müsabiqəyə qatılacaq esselər essenin adı, müəllifin adı və soyadı, təhsil aldığı müəssisənin adı və ünvanı, müəllifin elektron poçt ünvanı və əlaqə nömrəsi qeyd edilməklə mayın 10-dək qobustanqoruğ[email protected] elektron poçt ünvanına göndərilməlidir. Müsabiqənin məqsədi məktəblilərin diqqətini Azərbaycan tarixində əvəzsiz yer tutan, zəngin mədəni irsimizin ən möhtəşəm nümunələrindən biri olan Qobustan abidələrinə yönəltmək, onları abidəni öyrənməyə və təbliğinə sövq etməkdir.

Müsabiqənin qalibləri Qobustan Milli Tarix- Bədii Qoruğunun mükafat və diplomları ilə təltif olunacaqlar.

# 2698 dəfə oxunub

Oxşar xəbərlər

Milli Qəhrəman Füzuli Rüstəmovun xatirəsi anıldı

Milli Qəhrəman Füzuli Rüstəmovun xatirəsi anıldı

17:40 27 fevral 2026
İspaniya "Avroviziya"  qaydalarını dəyişmək istəyir

İspaniya "Avroviziya" qaydalarını dəyişmək istəyir

16:40 27 fevral 2026
Londonda azərbaycanlı rəssamların sərgisi açıldı

Londonda azərbaycanlı rəssamların sərgisi açıldı

15:30 27 fevral 2026
Müğənni Edis saxlanıldı

Müğənni Edis saxlanıldı

15:06 27 fevral 2026
"Mən insanları aldadan  saxtakaram..." – Nobel mükafatçısının hansı məşhur əsərinin əlyazmasını it yemişdi?

"Mən insanları aldadan saxtakaram..." – Nobel mükafatçısının hansı məşhur əsərinin əlyazmasını it yemişdi?

15:00 27 fevral 2026
Meyxanaçı Vahid Qədim Ukrayna müharibəsində itkin düşüb? - Ağamirzə danışdı

Meyxanaçı Vahid Qədim Ukrayna müharibəsində itkin düşüb? - Ağamirzə danışdı

14:58 27 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər