“Mütaliə edək, dinləyək, tanıyaq” adlı layihə başlayıb

“Mütaliə edək, dinləyək, tanıyaq” adlı layihə başlayıb
20 aprel 2021
# 16:25

Respublika Gənclər Kitabxanası Azərbaycan poeziya nümayəndələrinin və onların sənət nümunələrinin böyüməkdə olan gənc nəsil arasında təbliği məqsədilə “Mütaliə edək, dinləyək, tanıyaq” adlı layihəyə başlayıb.

Kitabxanadan Kulis.az-a bildirilib ki, layihə çərçivəsində Azərbaycan poeziyasının parlaq nümayəndələrinin sənət nümunələrindən ibarət bir sıra videoçarxlar hazırlanıb. Belə ki, kitabxananın əməkdaşları tərəfindən Mikayıl Müşfiq, Rəsul Rza, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Hüseyn Arif, Xəlil Rza Ulutürk və s. şairlərin şeirləri səsləndirilib. Hər bir səsləndirilən şeir nümunəsinə uyğun videoçarx hazırlanaraq kitabxananın sosial şəbəkələrinə yerləşdirilib. İzləyicilər kitabxananın sosial şəbəkələrinə daxil olmaqla, burada Hüseyn Arifin “Analar”, Nəbi Xəzrinin “Dəniz, göy, məhəbbət”, Nüsrət Kəsəmənlinin “Mən səni unuda bilmirəm axı”, Əli Kərimlinin “Bakı küləyi”, Bəxtiyar Vahabzadənin “Qorxu”, “Təklik”, “Ürək”, Ramiz Rövşənin “Soğan soya-soya ağlayan qadın...”, Baba Vəziroğlunun “Ömrün ayları” və s. şeirlərini dinləmək, sözü gedən şeir parçalarının hər birinə uyğun hazırlanmış gözoxşayan videoçarxları izləmək imkanı qazanırlar.

Bundan əlavə, Respublika Gənclər Kitabxanasının “Instagram” və “Facebook” səhifələrində mütəmadi olaraq Azərbaycan poeziyasının parlaq nümayəndələrinin həyat və yaradıcılıqlarına həsr olunmuş paylaşımlar yerləşdirilir. Bu paylaşımlar vasitəsilə izləyicilər qısa müddət ərzində bu və ya digər şair və yazıçı haqqında qısa, lakin eyni zamanda çox dolğun, məzmunlu və faydalı məlumatlar almış olurlar.

# 3106 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər