“Bu gün hamı şuşalıdır” - Fərhad Bədəlbəyli qələbə sevincini bölüşür

“Bu gün hamı şuşalıdır” - Fərhad Bədəlbəyli qələbə sevincini bölüşür
9 noyabr 2020
# 12:10

“Şuşaya gedəndə ilk baş çəkəcəyim yer Cıdır düzü, İsa bulağı, Bülbülün və Üzeyir bəyin ev muzeyi olacaq.”

Bu sözləri əslən Şuşadan olan görkəmli bəstəkar, Xalq artisti Fərhad Bəsəlbəyli kulis.aza açıqlamasında bildirib:

“Bilirsiniz ki, Şuşa musiqimiz, ədəbiyyatımız, mədəniyyətimiz üçün nə qədər böyük əhəmiyyət kəsb edir. Biz Şuşasız 28 il yaşadıq. Bu bizim ən çətin illərimiz idi. Son illərdə isə bizim ümidimiz çox zəiflədi. Ancaq şanlı, müzəffər ordumuz böyük şücaət göstərərək düşməni darmadağın edib Şuşanı qaytardı. Bu tarixi bir hadisədir. Ona görə ki, iki yüz illik tariximizdə biz torpaqlarımızı itirirdik. Amma indi tamam başqa bir zaman gəlib çatıb. Biz bütün torpaqlarımızı qaytarırıq, hətta mən ümid edirəm ki, bəlkə Zəngəzuru da qaytardıq. İndi biz Murad Adıgözəlzadə ilə birlikdə maşınla qəbirüstünə gedirik. Üzeyir bəyə, Rəşid Behbudova, Süleyman Ələsgərova, Vasif Adıgözəlova, Fikrət Əmirova gül-çiçək aparırıq. Qoy, onların da ruhu şad olsun. Onlar bilsin ki, Şuşa azaddır. Biz bunu özümüzə borc bildik, bunu mütləq etməliyik”.

Xalq artisti sonda nikbin danışıb:

“Xalqımızı təbrik edirəm. Bu gün hamı, Azərbaycanın bütün vətəndaşı şuşalıdı. Prezidentimizin dəmir yumruğunu göstərməsi bütün düşmənlərimizə işarə idi ki, bizə sataşmayın.

Şuşaya gedəndə ilk baş çəkəcəyim yer Cıdır düzü, İsa bulağı, Bülbülün və Üzeyir bəyin ev muzeyi olacaq. İlk olaraq bu ocaqları görmək istərdim. Çünki Bülbülün evini sonuncu dəfə görəndə kədərləndim. Ora darmadağın olmuş tifağa çevrilmişdi. Dünən Poladla da danışdım. O, deyirdi ki, mütləq evimizi də bərpa edərik, musiqi məktəbi də tikərik. Kim bilir, bəlkə tamamilə Şuşaya köçdük.”

# 3296 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

17:49 25 may 2026
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

16:50 25 may 2026
"Qaraçı qızı" mozaikasının daha bir itkin parçası aşkarlandı

"Qaraçı qızı" mozaikasının daha bir itkin parçası aşkarlandı

16:44 25 may 2026
İspaniyada  17-ci əsrə aid unikal tablolar tapıldı

İspaniyada 17-ci əsrə aid unikal tablolar tapıldı

16:00 25 may 2026
Serenay Sarıkaya saxlanıldı

Serenay Sarıkaya saxlanıldı

14:01 25 may 2026
İnsanın xatırlamadığı şey onun üçün mövcud deyil... - Məşhur amerikalı yazıçıdan sitatlar

İnsanın xatırlamadığı şey onun üçün mövcud deyil... - Məşhur amerikalı yazıçıdan sitatlar

14:00 25 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər