“Bu, çox təhlükəli əlamətdir” – Qulu Məhərrəmli qadına aldanan mediadan danışdı

“Bu, çox təhlükəli əlamətdir” – Qulu Məhərrəmli qadına aldanan mediadan danışdı
5 fevral 2021
# 12:51

Bir neçə gündür bir sıra sosial şəbəkələrdə və mediada Vətən müharibəsində iki oğlunun itkin düşdüyü deyilən ana ilə bağlı reportaj yayımlandı.

Reportajda Rəna Kazımova adlı qadın oğlanları Valid və Azər Kazımovun müharibədə itkin düşdüyünü və bu günə kimi onlardan xəbər ala bilmədiyini deyib. Az sonra Müdafiə Nazirliyinin açıqladığı itkin siyahısında Valid və Azər Kazımov qardaşlarının adının olmadığı məlum oldu. “Qafqazinfo”nun araşdırması zamanı bəlli oldu ki, sən demə, həmin qadının ümumiyyətlə övladı yoxmuş.

Xeyli ajiotaja səbəb olan hadisə ilə bağlı Əməkdar jurnalist, professor Qulu Məhərrəmli Kulis.az-a açıqlama verib.

O, mövcud hadisənin medianın öz peşə qaydalarını şübhə altına alması baxımından çox təhlükəli əlamət olduğunu vurğulayıb:

“Media cəmiyyətin problemlərinə həssas yanaşmağa çalışır. Amma bu proseslər zamanı jurnalistikanın qızıl qaydalarını unutmaq olmaz. Sözügedən qadınla bağlı materialın yayıldığı media orqanlarından birində kifayət qədər jurnalistikada təcrübəyə sahib olan peşəkar insanlar çalışır. Ona görə də bir qədər təəccüb doğurur ki, niyə onlar bu məsələni araşdırmayıblar? Təbii ki, ortada çox etimad olunan bir nüfuz fonu var. Problemi ictimailəşdirən qadın psixoloqdur, ciddi adamdır. Görünür, həmin jurnalistlər o psixoloqa həddindən artıq inanıblar”

Qulu Məhərrəmli onu da qeyd edib ki, bu, cür hadisələrin baş verməsində əsas rolu təcrübəsizlik oynayır:

“Jurnalistin intuisiyasından əlavə danışdırdığı insanın hisslərini, duyğularını duymaq üçün müəyyən bir təcrübəsi olmalıdır. Bu gün bilirsiniz ki, “Yutub” kanallarının sayı günü-gündən artır. Bu, həm də bir növ bu kanallara, saytlara bir xəbərdarlıqdır ki, hər qapını döyənə qapını geniş şəkildə açmaq olmaz. Çox həssas dövr yaşayırıq. Xüsusilə müharibədən sonra insanların problemləri artıb. Burda medianın işi də, yükü də çoxdur. Qoltuğunda qovluq, əyninə döyüşçü paltarı geyinib redaksiyaları, xüsusilə kanalları gəzən insanlar peyda olub. Bu bir siqnal olmalıdır media üçün.

Professor həmçinin bu gün mediada gərəkli instinktlərin öldüyünü bildirib:

“Media üçün gərəkli instinktlər var ki, bu gün həmin instinktlər ölüb. Məsuliyyət hissinin itməsi bugünkü nəticəyə gətirib çıxarır. Bu, sadəcə bir təcrübə və dərs olmalıdır. Sosial şəbəkədən məlumatların ənənəvi mediaya sızması ilk hadisə deyil, yəqin, son da olmayacaq. Sadəcə, olaraq budəfəki hadisənin miqyası bir qədər böyükdür. Medianın peşə qaydalarını şübhə altına almaq baxımından çox təhlükəli simptomdur. Bütün hallarda peşəkarlığı artırmalı, jurnalistika üçün qoyulmuş əlifbanı, qızıl qaydaları qorumalı, onlara əməl etməliyik. Qızıl qayda nədir? Dəvət etdiyimiz insanı ətraflı öyrənmək! Tanımırsınızsa, mütləq içinizdə bir şübhə olmalı və o şübhə sizi həmin şəxsi, hadisəni araşdırmağa təhrik etməlidir.”

# 3888 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər