"Cəmiyyətimiz müasirləşmək adı altında əxlaqsızlığa sürüklənir" - Yalçın İslamzadə

"Cəmiyyətimiz müasirləşmək adı altında əxlaqsızlığa sürüklənir" - Yalçın İslamzadə
24 iyul 2025
# 13:25

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Problem ondadır ki, "yuxarıdakıların", tanınmışların, məşhurların, "oxumuşların", elm və sənət sahəsində karyera qurub təmtəraqlı adlar almış şəxslərin təfəkkürü kütlənin təfəkküründən zərrə qədər fərqlənmir.

Çünki nə "aşağılar", nə də "yuxarılar" müasir dünyanı bilmirlər, öyrənmirlər. Bir bəsitlik əzbərləyiblər: müasirlik = çılpaqlıq = əxlaqsızlıq

Parkda iki qoca qarıdan biri, digərinə şikayət edirdi, təxminən belə:

"Eşidən kimi yığdım. Dedim, "Qız tapılmırdı, sən onlardan qız alırdın? Düz-dünya qızdır də. İndi boşanırlar, deyir qismət beləymiş".

Elə bil maşın bazarından avtomobil alırlar, "Niyə Çanqan alırdın? Soruşsaydın deyərdim BYD yaxşıdır".

Bonobo cəmiyyətlərində də belədir, yaşlı dişi nümayəndələr güclü erkəkləri dəstəkləyirlər ki, güclü erkəklər də yaşlı dişilərin hegemonluğuna dəstək olsunlar.

Bizim cəmiyyətdə bu istismarın əsas keşikçiləri yaşlı qadınlardır, gənc həmcinsləri üzərində hakimiyyət qurmaq, bununla da öz mənasız həyatlarını maraqlı etmək üçün.

Türk seriallarına da böyük maraqla baxırlar, çünki orda əsas sual holdinq patronunun yaşlı, yoxsa gənc xanımların təsiri altına düşəcəyidir.

Məsələn, bir yerdə çıxışçı deyirdi:

"Cəmiyyətimiz müasirləşmək adı altında əxlaqsızlığa sürüklənir".

Nə modernizmin yaxşı tərəflərini dəstəkləyirlər, nə dinin müsbət çağırışlarını. Nə də milli mədəniyyətə sahib çıxırlar.

Din adı altında anladıqları da ərəb və ya fars dünyagörüşüdür.

"Münəccimin şəyirdi" cizgi filmindəki distopiyaya doğru qərarlı addımlarla irəliləyirlər.

# 2121 dəfə oxunub

Oxşar xəbərlər

"Netflix"dən yeni layihə - Ortuelya faciəsi haqqında

"Netflix"dən yeni layihə - Ortuelya faciəsi haqqında

10:40 8 oktyabr 2026
"Cyrille Gassiline"  brendinin təsisçisi vəfat etdi

"Cyrille Gassiline" brendinin təsisçisi vəfat etdi

10:20 8 oktyabr 2026
Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri”  təqdim edildi

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” təqdim edildi

18:30 7 oktyabr 2026
80-ci illərin məşhur soul ulduzu vəfat etdi

80-ci illərin məşhur soul ulduzu vəfat etdi

17:30 7 oktyabr 2026
Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

17:00 7 oktyabr 2026
Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

16:30 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər