Bu il 40-a yaxın film çəkildi

Anar Kərimov

Anar Kərimov

28 dekabr 2021
# 13:10

“Azərbaycanın 2030-cu ilə qədər olan mədəniyyət siyasəti üzərində işləyirik”.

APA-nın xəbərinə görə, bunu mədəniyyət naziri Anar Kərimovun “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda mətbuat konfransında deyib.

O bildirib ki, bu ilin əvvəlində nazirlik 9 hədəfdən ibarət plan bəyan edib:

“Birinci plan mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması idi. Bu bizim üçün prioritet istiqamət idi. Bununla bağlı qeyd etmək istərdik ki, 2030-cu ilə qədər olan Azərbaycanın mədəniyyət siyasəti üzərində işləyirik. Burada həm yerli, həm də beynəlxalq təcrübə nəzərə alınır. Əsasən beş prioritet istiqamətimiz var. Ümumi olaraq strategiya haqqında deyə bilərik ki, bizim əsas məqsədimiz daha şəffaf sistemin qurulmasıdır. Bu strategiya üzərində müəyyən sənədlər hazırlanır”.

A. Kərimov bu il ərzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə 40-a yaxın bədii, sənədli və animasiya filminin çəkildiyini qeyd edib.

# 2509 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər