"Brilliant da, Röya da meyxana deyirsə..." - Şəhriyardan sərt tənqid

"Brilliant da, Röya da meyxana deyirsə..." - Şəhriyardan sərt tənqid
23 dekabr 2025
# 14:40

“Siz məgər sevinmirsiniz ki, sizin gündəminiz Mirzə Cəlil, Sabir, məsciddə kitab imzalamaq olub? Bu gündəmin siqlətinə bax, indiki gündəmin siqlətinə bax”.

Kulis.az xəbər verir ki, bu sözləri şair Şəhriyar Del Gerani “Rövşanə ilə gündəm” verilişində bugünkü gündəmlə əvvəlki dövrləri müqayisə edərək deyib. O, müasir sosial şəbəkə müzakirələrinin səviyyəsizliyinə də diqqət çəkib:

“İndiki gündəm biabırçılıqdır. Filankəs filankəsin döşünün arasına pul qoydu, filankəsin əlinə toyda filan qədər pul verdilər. Azərbaycanlılar bütün sosial şəbəkələrdə bunları müzakirə eləyir”.

Şair hesab edir ki, bu fonda klassik ədəbiyyatın gündəmə gətirilməsi qınanmalı deyil. O, özünün tənqid olunmasına münasibət bildirərək deyib:

“Şəhriyar pis eləyib "Molla Nəsrəddin"i gündəmə gətirib?”.

O, çıxışında şəxsi müşahidələrini də bölüşüb. Onun sözlərinə görə, Ukraynaya səfəri zamanı tam fərqli mənzərə ilə rastlaşıb:

“Ukraynaya gedəndə gördüm ki, radiolarda Səməd Vurğunla bağlı dediyim məsələləri müzakirə edirlər. 8–10 ay gündəmdə oldu”.

Şair daha sonra ədəbi nüfuzun inzibati və siyasi dəstəkdən asılı olmamalı olduğunu vurğulayıb:

“Səməd Vurğunun arxasından hökuməti götürək. Mənim də kitabımı çıxaraq, Səməd Vurğunun da. Görək kimin kitabı ədəbi cameəyə daha çox sirayət edəcək”.

O, həmçinin müğənnilərin meyxana deməsinə də münasibət bildirib:

"Rep, meyxana andeqrounddur. Onların gözəlliyi zirzəmilərdə, küçələrdədir. Bu gün çırtma gəlib Azərbaycan pop musiqisnə çıxıbsa, bu, faciədir. Brilliant Dadaşova, Aygün Kazımova, Röya meyxana deyirsə, bu, faciədir. Cavanşir Quliyev məktəbindən çıxıb Vaqif Gərayzadəyə, oradan da Xanım İsmayılqızına gəldin ki, meyxana deyəsən?

Peşəkarın yolu nə olmalıdır? Düşüklük eləməy nə var ki? Hamımız eləyə bilərik. Məsələ onu eləməməkdir".

# 1500 dəfə oxunub

Oxşar xəbərlər

Pelevinin yeni kitabı yaxın günlərdə satışda:  Mövzu Cefri Epşteynin adasıdır...

Pelevinin yeni kitabı yaxın günlərdə satışda: Mövzu Cefri Epşteynin adasıdır...

18:08 10 aprel 2026
Südabə Sərvinin yeni kitabı çap olundu

Südabə Sərvinin yeni kitabı çap olundu

17:33 10 aprel 2026
İlham Əzizin romanı təqdim olunacaq

İlham Əzizin romanı təqdim olunacaq

17:30 10 aprel 2026
"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

17:15 10 aprel 2026
Məşhur aktyorun evində narkotik tapıldı

Məşhur aktyorun evində narkotik tapıldı

16:16 10 aprel 2026
Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

14:45 10 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər