Biznes inkubasiya proqramına qeydiyyat davam edir

Biznes inkubasiya proqramına qeydiyyat davam edir
27 dekabr 2023
# 18:00

Peşəkar musiqi karyerası qurmaq istəyənlər üçün Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunan musiqi sahəsində biznes inkubasiya proqramına qeydiyyat davam edir.

Kulis.az xəbər verir ki, proqramın əsas məqsədi karyeralarının başlanğıcında olan müğənnilərə potensiallarını gerçəkləşdirmək üçün imkan yaratmaqdır.

Qeyd edək ki, inkubasiya proqramına üzv olacaq şəxslər üçün vokal müəllimləri ilə dərslər, aktyorluq sənəti, xoreoqrafiya, media ilə əlaqələr və psixologiya mövzularında da təlimlərin keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda iştirakçılar 3 ayın sonunda ən azı bir mahnı və bir videoklipin müəllifi olmaq şansını əldə edəcəklər. Fərqlənən iştirakçıların musiqi sənayesi bazarında peşəkar fəaliyyət üçün səsyazma şirkətləri ilə müqavilə əsasında əməkdaşlığı təmin ediləcək.

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə bağlı həyata keçiriləcək inkubasiya proqramına qeydiyyat üçün son tarix 31 dekabr 2023-cü ildir.

Qeydiyyat üçün https://hub.creative.az saytına daxil olaraq “Musiqi” bölməsinə keçid etmək lazımdır.

# 1678 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

17:49 25 may 2026
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

16:50 25 may 2026
"Qaraçı qızı" mozaikasının daha bir itkin parçası aşkarlandı

"Qaraçı qızı" mozaikasının daha bir itkin parçası aşkarlandı

16:44 25 may 2026
İspaniyada  17-ci əsrə aid unikal tablolar tapıldı

İspaniyada 17-ci əsrə aid unikal tablolar tapıldı

16:00 25 may 2026
Serenay Sarıkaya saxlanıldı

Serenay Sarıkaya saxlanıldı

14:01 25 may 2026
İnsanın xatırlamadığı şey onun üçün mövcud deyil... - Məşhur amerikalı yazıçıdan sitatlar

İnsanın xatırlamadığı şey onun üçün mövcud deyil... - Məşhur amerikalı yazıçıdan sitatlar

14:00 25 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər