Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey
23 noyabr 2024
# 11:31

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Biz dəblərin dəyərləri sıradan çıxardığı bir dövrdə yaşayırıq.

Dəb nədi, dəyər nədi? Dəb təcrübə olunandır, dəyər təcrübə olunmuş. Dəb dəyişkəndir, dəyər sabitdir. Dəb xaosdur, dəyər nizamdır. İnsanlıq dəbsiz keçinə bilər, amma dəyərsiz məhv olar.

Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq!

Bizim insanların mənəviyyatını korlayan dəblə dəyərin fərqini bilməmələri, özlərini dəblərin əzilmişi kimi hiss etməmək üçün öz dəyərlərindən könüllü imtina etmələridir.

Sodom və Komorada hamı dəblə yaşayırdı, dəyərlə yaşayan bircə nəfər qalmışdı. Tanrı bu iki şəhəri o vaxt yer üzündən sildi ki, o bircə nəfər də dəbə yenildi.

Bu dini pritçanı bu cür anlamaq lazımdır.

Güclü insan dəbi dəyərinə uyğunlaşdırandır. Dəyərini dəbə uyğunlaşdırmaq zəiflik, acizlik əlamətdir.

Cəmiyyətimiz özünü dəblə dəyərləndirən insanlarla doludur. Bu, bizim dünyagörüşümüzün darlığıyla bağlıdır. Unutmayaq ki, sovet imperiyasını Qərbin cins şalvarları dağıtdı. Niyə? Çünki imperiyanın özünün dünyagörüşü dar idi.

Dəb bizimlə öləndir, dəyər bizdən sonra yaşayan!

# 1954 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər