"Bir nəfəs qədər" tamaşası nümayiş olunub

"Bir nəfəs qədər" tamaşası nümayiş olunub
20 yanvar 2022
# 10:35

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında şəhidlərə, qazilərə, əsgərlərə və Zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunan "Bir nəfəs qədər" (pyesin müəllifi: Samir Qulamov) tamaşası növbəti dəfə nümayiş edilib.


Kulis.az xəbər verir ki, SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.


Tamaşada, eyni zamanda, Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunub.


Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Murad Əliyev iştirak ediblər.


Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb

# 3926 dəfə oxunub

Oxşar xəbərlər

Alla Puqaçova məhkəmədə qalib gəldi

Alla Puqaçova məhkəmədə qalib gəldi

10:08 6 iyun 2026
Mirələm Mirələmova ağır itki

Mirələm Mirələmova ağır itki

18:25 5 iyun 2026
Riçard Gir Tramp haqqında: "O, manyakdır!"

Riçard Gir Tramp haqqında: "O, manyakdır!"

17:00 5 iyun 2026
Con Lennonun rəsmləri "Beatles" muzeyində nümayiş olunur

Con Lennonun rəsmləri "Beatles" muzeyində nümayiş olunur

16:22 5 iyun 2026
Musa Nağıyevin evi 2 milyona satışa çıxarıldı

Musa Nağıyevin evi 2 milyona satışa çıxarıldı

15:53 5 iyun 2026
Şah İsmayılın dostu, Sultan Səlimin əsiri - Miskin Abdal Çaldıran döyüşü haqqında hansı şeirləri yazmışdı?

Şah İsmayılın dostu, Sultan Səlimin əsiri - Miskin Abdal Çaldıran döyüşü haqqında hansı şeirləri yazmışdı?

15:40 5 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər