Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə tədbir keçirildi

Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə tədbir keçirildi
21 iyun 2025
# 18:20

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və Mahmud Kaşqari adına Fondun birgə tərəfdaşlığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi.

Kulis.az xəbər verir ki, tədbirdə Türkiyə Cümhuriyyətindən və Norveçdən gələn elm və qələm adamları iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan tarix üzrə fəlsəfə doktoru, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova diqqətə çatdırıb ki, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı 21 fevral 2025-ci il tarixində Sərəncam imzalanıb. O qeyd edib ki, şairin yubileyi ilə əlaqədar MKS-də silsilə tədbirlər həyata keçirilir. Mərkəzi Kitabxanada inşa, esse və şeir müsabiqələri təşkil olunur.

Milli Məclisin deputatı, Mahmud Kaşqari Beynəlxalq Fondunun Prezidenti Cavanşir Feyziyev bildirib ki, istiqlal şairi Bəxtiyar Vahabzadə, onun arzuları, diləkləri, bütün ideyaları təkcə Şəkiyə, öz doğulduğu şəhərə yox, bütün Azərbaycana, Türk dünyasına məxsusdur. “Bu gün ona görə biz xoşbəxtik ki, Bəxtiyar Vahabzadənin ömrü boyu arzuladığı bütün ideyalar artıq həyata keçib”, - deyə C.Feyziyev əlavə edib.

Tədbirdə filologiya elmləri doktoru, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan şöbəsinin mütəxəssisi Esmira Fuad, filologiya elmləri doktoru, professor Yeganə İsmayılova, yazıçı-publisist, politoloq Reyhan Mirzəzadə çıxışında Bəxtiyar Vahabzadənin böyük şair olduğunu vurğulayıblar.

Mərasimdə iştirak edən Türkiyənin tanınmış ədəbiyyatşünas-alimi, yazıçı, rəssam Selvigül Şahin, tanınmış yazıçı, gənc ədəbiyyatşünas-alim Süheyla Karaca Hanönü, Osloda Azərbaycan Məktəbinin koordinatoru Günay Əliyeva və başqaları Bəxtiyar Vahabzadə yaradıcılığının bənzərsizliyindən danışıblar.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova çıxışında Bəxtiyar Vahabzadənin bütün Türk dünyasının şairi, Vətəninə bağlı bir söz adamı olduğunu vurğulayıb.

Yubiley tədbirdə Bəxtiyar Vahabzadənin şeirləri və şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib. Türkiyəli yazıçılar Selvigül Şahin və Süheyla Karacaya Azərbaycan ədəbiyyatını təbliğ etdiyinə görə M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu diplomları təqdim olunub.

Sonda Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş edilib.

# 526 dəfə oxunub

Oxşar xəbərlər

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

15:00 4 oktyabr 2025
Cim Kerriyə "Cesar" mükafatı veriləcək

Cim Kerriyə "Cesar" mükafatı veriləcək

13:20 4 oktyabr 2025
Əlisəmid Kürün son vəziyyəti  - Həyat yoldaşından açıqlama

Əlisəmid Kürün son vəziyyəti - Həyat yoldaşından açıqlama

11:55 4 oktyabr 2025
Tanınmış türkiyəli aktyor vəfat etdi

Tanınmış türkiyəli aktyor vəfat etdi

11:43 4 oktyabr 2025
Alim Qasımov Torontoda konsert verdi

Alim Qasımov Torontoda konsert verdi

11:20 4 oktyabr 2025
Məşhur reperə 4 il həbs cəzası verildi

Məşhur reperə 4 il həbs cəzası verildi

11:00 4 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər