Bəstəkarımızın əsəri Avstriyada festivalda səslənib - Foto

Gənc bəstəkar Ayaz Qəmbərli

Gənc bəstəkar Ayaz Qəmbərli

26 oktyabr 2021
# 13:34

Gənc bəstəkar Ayaz Qəmbərli Avstriyanın Qrats şəhərində keçirilən “Musikprotokoll” müasir musiqi festivalında iştirak edib.

Kulis.az xəbər verir ki, bəstəkar festivalın təşkilat komitəsi tərəfindən sifariş olunmuş “Kiçik dəniz küçəsi” adlı iki saylı simli kvartetini təqdim edib. Əsərin festival çərçivəsində premyerası ukraynalı musiqiçilərdən ibarət “Danapris” simli kvarteti tərəfindən Giorgi Ligeti zalında gerçəkləşib.

Qeyd edək ki, “Musikprotokoll” festivalı 1968-ci ildən keçirilir. Bu konsert Prezident mükafatçısı olan Ayaz Qəmbərlinin Avstriyada ikinci uğurudur. Bəstəkar 2015-ci ildə Qrats şəhərində keçirilən “Frans Şubert və müasir dövrün musiqisi” müsabiqəsində “Elementlərin müqaviməti” (bir saylı piano trio) əsəri ilə birincilik əldə etmişdi.

# 4665 dəfə oxunub

Oxşar xəbərlər

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

19:19 24 noyabr 2026
Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

18:44 24 noyabr 2026
Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

17:46 24 noyabr 2026
Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

17:14 24 noyabr 2026
"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

17:00 24 noyabr 2026
Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

15:46 24 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər