“Balaca kişilər” tamaşasının məşqlərinə başlanıldı

“Balaca kişilər” tamaşasının məşqlərinə başlanıldı
16 fevral 2023
# 12:17

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Balaca kişilər” tamaşasının məşqlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, yazıçı-dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsəri İkinci Qarabağ müharibəsində baş verən real hadisələri əks etdirir. Əsərin ideyası “Balaca kişilər”in şücaətindən, onların müharibənin fonunda qəhrəmana çevrilə bilmə bacarıqlarından bəhs edir.

Quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan 44 günlük savaş və qələbəmizə ithaf olunan tamaşa vətənpərvərlik, insani dəyərlərin qorunması ilə yanaşı həm də hər bir vətəndaşın istənilən vəziyyətdə torpağa bağlılığını, mənəvi və bəşəri dəyərlərə sadiqliyini təcəssüm etdirir.

Tamaşanın quruluşçu rəssamı Vüsal Rahimdir. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir.

Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Kərimov, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Araz Pirimov, Bəhram Əliheydər, Xaliq Bəkirov, Hüseyn Bayramov, Ümman Budaqov, Nurlan Süleymanlı, İlhan Sadıqov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Anar Seyfullayev, Mirzəağa Mirzəyev rol alıb.

Qeyd edək ki, İlqar Fəhminin “Balaca kişilər” pyesi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Vətən müharibəsi mövzusunda elan etdiyi pyes müsabiqəsinin nəticələrinə uyğun olaraq münsiflər heyəti tərəfindən qalib elan olunub.

# 3400 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

10:18 26 may 2026
Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

17:49 25 may 2026
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

16:50 25 may 2026
"Qaraçı qızı" mozaikasının daha bir itkin parçası aşkarlandı

"Qaraçı qızı" mozaikasının daha bir itkin parçası aşkarlandı

16:44 25 may 2026
İspaniyada  17-ci əsrə aid unikal tablolar tapıldı

İspaniyada 17-ci əsrə aid unikal tablolar tapıldı

16:00 25 may 2026
Serenay Sarıkaya saxlanıldı

Serenay Sarıkaya saxlanıldı

14:01 25 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər