Bakıda “Təsviri sənət kağızda” adlı yaradıcılıq sərgisi açıldı

Bakıda “Təsviri sənət kağızda”  adlı yaradıcılıq sərgisi açıldı
13 aprel 2026
# 15:31

Xətai Sənət Mərkəzində “Təsviri sənət kağızda” adlı yaradıcılıq sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgi klassik Azərbaycan incəsənət ənənələrini yaşatmaq və kağız üzərində işlənmiş əsərlərə ictimai marağı artırmaq məqsədilə təşkil olunub.

Tədbirdə Xalq rəssamları Səlhab Məmmədov, Ağaəli İbrahimov, Arif Hüseynov, Milli Məclisin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, fırça ustası Mais Əliyev və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.

Bildirilib ki, sərgiyə 300-dən çox təsviri sənət ustası sərbəst mövzuda işlənmiş 600-dən çox qrafika, miniatür, sulu boya və eskiz əsərlər təqdim edib. Onların arasından seçilən 103 əsər sərgidə nümayiş olunur.

Diqqətə çatdırılıb ki, tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Beynəlxalq Akvarel Qalereyası və Xətai Sənət Mərkəzidir. Sərginin keçirilməsinə Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Xətai Rayon İcra Hakimiyyəti, Beynəlxalq Sulu boya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi dəstək verib.

Sonra müxtəlif nominasiyalar üzrə rəssamlara mükafatlar və sertifikatlar təqdim olunub.

Bir çox peşəkar rəssamlarımız da dəstək məqsədilə öz əsərləri ilə sərgidə qonaq qismində iştirak edir.

Sərgi aprelin 14-dək davam edəcək.

# 947 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

18:00 2 oktyabr 2026
Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

17:15 2 oktyabr 2026
"Qızıl Portağal" film festivalının  siyahısı açıqlandı

"Qızıl Portağal" film festivalının siyahısı açıqlandı

17:00 2 oktyabr 2026
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

16:45 2 oktyabr 2026
Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

16:00 2 oktyabr 2026
Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

15:30 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər