Bakıda Salvador Dalinin əsərləri sərgilənir - İlk dəfə

Bakıda Salvador Dalinin əsərləri sərgilənir - İlk dəfə
27 aprel 2023
# 10:21

Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamlarından biri - Salvador Dali əsərlərindən ibarət “Sürrealizm mənəm” sərgisinin açılışı olub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Salvador Dalinin Azərbaycanda ilk dəfə təqdim olunan əsərləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltəraşlıq nümunələri, eləcə də “canlı kətanlar”ı xatırladan multimedia yer alıb.

Heydər Əliyev Mərkəzində nümayiş olunacaq əsərlər dünyada Salvador Dalinin işlərindən ibarət ən böyük kolleksiyalardan biridir. Bu unikal layihə ziyarətçiləri rəssamın dünyasına aparır. Həmin obrazların “canlandığı” multimedia zonası Salvador Dali dünyasını daha dərindən hiss etdirəcək.

Azərbaycanın “Synergy Partnership” şirkəti və Rusiyanın tanınmış “PS Gallery” qalereyasının təşəbbüsü ilə keçirilən sərginin əlamətdar hissəsindən biri də şüşədən hazırlanan sürrealist obyektlərin və rəssamın fotolarının nümayişidir. Dalinin ifasında olan hər bir əsər təkcə qrafika sənətinin şah əsəri, yeniliyin təzahürü və təkrarolunmaz müəllif yanaşması deyil, həm də bütöv bir hekayədir.

“Sürrealizm mənəm” sərgisinin Bakıda Heydər Əliyev Mərkəzində açılışının ilin əlamətdar mədəniyyət hadisəsi, incəsənətsevərlər üçün isə əsl hədiyyə olacağı şübhə doğurmur.

Sərginin açılış mərasimində çıxış edən “Synergy Partnership” MMC-nin direktoru Rüfət Abbasov bildirib ki, XX əsrin ən möhtəşəm memarlıq nümunələrindən biri olan Heydər Əliyev Mərkəzində ötən əsrin dahi rəssamı Salvador Dalinin sərgisinin təşkili əlamərdar mədəni layihədir: “Salvador Dali bir çox insanın incəsənətə baxışını dəyişən sürrealizm hərəkatının ən parlaq nümayəndələrindəndir. Əminik ki, burada nümayiş olunan əsərlər ziyarətçiləri Salvador Dalinin daxili dünyasına səyahət etməyə imkan verəcək”.

Bakının hər zaman ən mühüm mədəniyyət mərkəzlərindən biri olduğunu söyləyən “PS Gallery”nin təsisçisi və sahibi, kolleksiyaçı Pavel Başmakov deyib: “Burada mədəniyyəti şahələndirən, onu ucalara qaldıran, öz şəhərinin şan-şöhrətini tərənnüm edən bir çox şəxsiyyətlər yaşayıb. Dahi ispan sürrealist-rəssam Salvador Daliyə ithaf olunmuş sərginin məhz Bakı şəhərində açılışını etməkdən olduqca məmnunam. Əlbəttə ki, mən bunu mütləq olaraq qeyd etməliyəm ki, bu il Heydər Əliyevin 100 illiyi qeyd olunur. Bu, bizim belə bir əlamətdar ildə Azərbaycana və xalqına verdiyimiz böyük hədiyyədir”.

Sərgi aprelin 27-dən oktyabrın 8-dək ictimaiyyət üçün açıq olacaq. Biletləri aprelin 27-dən etibarən Heydər Əliyev Mərkəzinin kassasından əldə etmək olar.

# 2070 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor intihar etdi

Məşhur aktyor intihar etdi

12:36 24 fevral 2026
Abdulla Şaiqin 145 illiyi münasibətilə sərgi açıldı

Abdulla Şaiqin 145 illiyi münasibətilə sərgi açıldı

12:20 24 fevral 2026
2026-cı ilin mədəniyyət mərkəzi haradır?

2026-cı ilin mədəniyyət mərkəzi haradır?

11:40 24 fevral 2026
Salsa əfsanəsi vəfat etdi

Salsa əfsanəsi vəfat etdi

11:20 24 fevral 2026
Xoşbəxt olmaq üçün Ömər Xəyyamın əsas tövsiyəsi

Xoşbəxt olmaq üçün Ömər Xəyyamın əsas tövsiyəsi

10:45 24 fevral 2026
Ukraynalı rəssamlardan müharibə əleyhinə sərgi

Ukraynalı rəssamlardan müharibə əleyhinə sərgi

10:44 24 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər