Bakıda "İƏT Mədəniyyət Festivalı və “Yaradıcı həftə” keçiriləcək

Bakıda "İƏT Mədəniyyət Festivalı və “Yaradıcı həftə” keçiriləcək
2 sentyabr 2025
# 14:51

6-12 oktyabrda İslam Əməkdaşlıq Təşkilatı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birlikdə paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçiriləcək.

Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İƏT tərəfindən 2019-cu ildən müxtəlif üzv ölkələrdə təşkil olunan festival mədəniyyət və yaradıcı sənaye sahələrində əməkdaşlığın dərinləşdirilməsi, xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi daşıyır.

Festival çərçivəsində İƏT üzv dövlətləri mədəniyyət nazirlərinin yüksək səviyyəli görüşü, “Mədəni və yaradıcı sənayelər forumu” (MYFORUM), “Creative Village”: mədəni və yaradıcı sənayelər sərgisi” (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino proqramı, “Şərq moda nümayişi” – İƏT ölkələrinin gənc və tanınmış dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB), eləcə də teatr, musiqi, rəqs və animasiya sahələri ilə bağlı müxtəlif səpkili mədəni layihələr planlaşdırılır.

Qeyd edək ki, tədbirdə 50-dən çox ölkədən 300-dən artıq qonağın – dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, eləcə də yaradıcı sənaye üzrə mütəxəssislərin iştirakı gözlənilir.

# 1135 dəfə oxunub

Oxşar xəbərlər

"Həmişə dilimin bəlasına düşürəm..."  - Saramaqonu niyə  tarixi həqiqətləri lağa qoymaqda ittiham edirdilər?

"Həmişə dilimin bəlasına düşürəm..." - Saramaqonu niyə tarixi həqiqətləri lağa qoymaqda ittiham edirdilər?

15:00 18 iyun 2026
Məşhur yapon xoreoqraf  Bakıda ustad dərsləri keçdi

Məşhur yapon xoreoqraf Bakıda ustad dərsləri keçdi

14:00 18 iyun 2026
Flora Kərimovanın son vəziyyəti

Flora Kərimovanın son vəziyyəti

13:25 18 iyun 2026
Tayra Benks "Netflix"i məhkəməyə verdi

Tayra Benks "Netflix"i məhkəməyə verdi

12:38 18 iyun 2026
"Guya mən getmə desəm, getməyəcəkdin?" -  Nihat Pir

"Guya mən getmə desəm, getməyəcəkdin?" - Nihat Pir

12:00 18 iyun 2026
Gestapodan son anda qaçırılan çamadan - Kafkanı yox olmaqdan xilas edən böyük sirr

Gestapodan son anda qaçırılan çamadan - Kafkanı yox olmaqdan xilas edən böyük sirr

11:30 18 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər