Bakıda Beynəlxalq Kitab Sərgisi keçiriləcək

Bakıda  Beynəlxalq Kitab Sərgisi keçiriləcək
22 sentyabr 2022
# 11:20

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-9 oktyabr 2022-ci il tarixində Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək.

Nazirlikdən APA-ya verilən xəbərə görə, sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat, 130 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaq.

Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edəcəklər.

Eyni zamanda sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcəkdir. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Xalq şairi Ramiz Rövşən və tanınmış şair Aqşin Yenisey 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri yazarları” olacaqlar. 5 gün ərzində hər iki şairin iştirakı ilə müxtəlif formatda tədbirlər təşkil ediləcəkdir.

8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkəsi” Türkiyə Respublikasıdır. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qardaş ölkənin mədəniyyətinin nümayişi məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər keçiriləcəkdir. Eyni zamanda Türkiyənin dünya şöhrətli yazarları, tarixçiləri, elm adamları və aktyorları sərgidə iştirak edəcəklər.

Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcəkdir.

Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.

Ziyarətçilər link vasitəsilə qeydiyyatdan keçməklə buraxılış vərəqələrini əldə edə bilərlər. Sərgiyə giriş ödənişsizdir.

# 4134 dəfə oxunub

Oxşar xəbərlər

“Macquarie” lüğəti ilin sözünü seçdi - “Pervert glasses” nə deməkdir?

“Macquarie” lüğəti ilin sözünü seçdi - “Pervert glasses” nə deməkdir?

13:14 25 noyabr 2026
Varoluş - Yeni hekayə

Varoluş - Yeni hekayə

12:27 25 noyabr 2026
Efiopiyaya 5 əsrlik dini əmanətlər qaytarıldı

Efiopiyaya 5 əsrlik dini əmanətlər qaytarıldı

12:03 25 noyabr 2026
Buker mükafatına namizəd olmuş yazıçının yeni romanı

Buker mükafatına namizəd olmuş yazıçının yeni romanı

11:01 25 noyabr 2026
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

11:00 25 noyabr 2026
Beyləqanda qədim tikili qalıqları aşkarlandı

Beyləqanda qədim tikili qalıqları aşkarlandı

10:46 25 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər