Baba Vəziroğlunun 70 illik yubileyi münasibətilə videomaterial hazırlandı

Baba Vəziroğlunun 70 illik yubileyi münasibətilə videomaterial hazırlandı
11 yanvar 2024
# 18:40

Bu il Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli nasir, şair, tərcüməçi, kinodramaturq Baba Vəziroğlunun 70 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairin həyat və yaradıcılığından bəhs edən videomaterial hazırlanıb.

Kulis.az xəbər verir ki, materialda Baba Vəziroğlunun bədii yaradıcılığında xüsusi yer tutan əsərləri, fəaliyyət sahələri, layiq görüldüyü təltif və mükafatlar haqqında məlumat təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterialda şairin sözlərinə bəstələnmiş mahnılar, tərcümə etdiyi əsərlər haqqında məlumatlar yer alır. Videomaterialda Baba Vəziroğlunun kitab, mütaliə və onun əhəmiyyəti haqqında söylədiyi dəyərli fikirlər, öz ifasında səsləndirdiyi şeirlər təqdim edilir.

Baba Vəziroğlunun 70 illik yubileyi ilə əlaqədar hazırlanan videomaterial kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/baba-veziroglu-70 yerləşdirilib.

# 1900 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər