Aziz Sancar adına mükafat təsis olundu

Aziz Sancar adına mükafat təsis olundu
3 aprel 2023
# 15:30

Azərbaycan Dövlət İqtisad Universiteti kimya üzrə Nobel mükafatçısı, UNEC-in Fəxri doktoru Aziz Sancar adına tədqiqat mükafatına sənəd qəbulu elan olunur.

Kulis.az xəbər verir ki, Universitetdən APA-ya verilən xəbər məlumata görə, mükafat UNEC-də yüksək keyfiyyətli tədqiqat fəaliyyətlərini dəstəkləmək və akademik heyəti bu istiqamətdə stimullaşdırmaq məqsədilə təsis olunub.

Müsabiqəyə UNEC əməkdaşlarının “Qida təhlükəsizliyi”, “Qida elmləri və texnologiyası”, “Biokimya”, “Mikrobiologya”, “Biotexnologiya” sahələr üzrə dərc edilmiş elmi məqalələri qəbul olunur. Mükafat fondu 10.000 (on min) manat məbləğində pul və diplomdan ibarətdir. Müsabiqədə iştirak üçün müraciətlər 1 iyundan - 30 iyun tarixinədək qəbul edilir. Mükafata təqdim edilən əsərlər müsabiqə komissiyası tərəfindən müvafiq meyarlar əsasında qiymətləndiriləcək.

Müsabiqəyə WASS-SENSE reytinqində A və ya B kateqoriyalı nəşriyyatlarda dərc edilmiş monoqrafiyalar, Web of Science bazasında Q1və Q2 kateqoriyalı elmi nəşrlərdə dərc edilmiş elmi məqalələr qəbul olunur. Təqdim olunan məqalədə müəllifin UNEC əməkdaşı olduğu qeyd edilməlidir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan bütün sənədlər elektron formada [email protected] e-mail ünvanına göndərilməlidir.

# 1763 dəfə oxunub

Oxşar xəbərlər

Milli Qəhrəman Füzuli Rüstəmovun xatirəsi anıldı

Milli Qəhrəman Füzuli Rüstəmovun xatirəsi anıldı

17:40 27 fevral 2026
İspaniya "Avroviziya"  qaydalarını dəyişmək istəyir

İspaniya "Avroviziya" qaydalarını dəyişmək istəyir

16:40 27 fevral 2026
Londonda azərbaycanlı rəssamların sərgisi açıldı

Londonda azərbaycanlı rəssamların sərgisi açıldı

15:30 27 fevral 2026
Müğənni Edis saxlanıldı

Müğənni Edis saxlanıldı

15:06 27 fevral 2026
"Mən insanları aldadan  saxtakaram..." – Nobel mükafatçısının hansı məşhur əsərinin əlyazmasını it yemişdi?

"Mən insanları aldadan saxtakaram..." – Nobel mükafatçısının hansı məşhur əsərinin əlyazmasını it yemişdi?

15:00 27 fevral 2026
Meyxanaçı Vahid Qədim Ukrayna müharibəsində itkin düşüb? - Ağamirzə danışdı

Meyxanaçı Vahid Qədim Ukrayna müharibəsində itkin düşüb? - Ağamirzə danışdı

14:58 27 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər