Azərbaycanlı rəssam Fransada medalla təltif olundu

Azərbaycanlı rəssam Fransada medalla təltif olundu
16 avqust 2024
# 10:55

Parisdə “Toğrul Nərimanbəyov” Assosiasiyasının (“Association de Togrul Narimanbekov”) rəhbəri, “Natəvan” həftəsonu məktəbinin müəllimi, görkəmli rəssam Əsmər Nərimanbəyova medalla təltif olunub.

Kulis.az xəbər verir ki, o, rəssamlıq sahəsindəki istedadı, yaradıcılığı və beynəlxalq arenada mədəniyyətin təbliğinə verdiyi töhfələrə görə Fransanın “Arts-Sciences-Lettres” Akademik Cəmiyyətinin yüksək mükafatına layiq görülüb.

Ə.Nərimanbəyova həm Azərbaycan mədəniyyətini, həm də dünya incəsənətini zənginləşdirən əsərləri ilə tanınır. Əsərlərinin hər biri mövzu və janr rəngarəngliyi, estetik kamilliyi ilə fərqlənən azərbaycanlı rəssamın sərgiləri ölkəmizdə və onun hüdudlarından kənarda böyük maraqla qarşılanır.

Qeyd edək ki, Əsmər Nərimanbəyova Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyovun qızıdır. Onun əsərləri dəfələrlə Fransa, Rusiya, Türkiyə, ABŞ və başqa ölkələrdə sərgilənib.

# 1918 dəfə oxunub

Oxşar xəbərlər

Səməd Vurğun ona niyə pul verirdi? - Əliağa Vahid haqqında

Səməd Vurğun ona niyə pul verirdi? - Əliağa Vahid haqqında

14:00 1 oktyabr 2026
Gülnar Səmanın   monoqrafiyası çap olundu

Gülnar Səmanın monoqrafiyası çap olundu

13:30 1 oktyabr 2026
Məşhur reper yeni mahnısını anasına həsr etdi

Məşhur reper yeni mahnısını anasına həsr etdi

13:00 1 oktyabr 2026
Üçqat "Qremmi" laureatından yeni albom

Üçqat "Qremmi" laureatından yeni albom

12:30 1 oktyabr 2026
FHN “Şəhərsalma və Memarlıq İli”  ilə bağlı tədbir keçirdi

FHN “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirdi

12:09 1 oktyabr 2026
Məşhur alim ölümündən əvvəl dostuna nə demişdi? – İllər sonra açılan sirr

Məşhur alim ölümündən əvvəl dostuna nə demişdi? – İllər sonra açılan sirr

12:08 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər