Azərbaycanlı ifaçı İsveçrədə konsertmeyster seçildi

Azərbaycanlı ifaçı İsveçrədə konsertmeyster seçildi
9 avqust 2022
# 13:20

İlk dəfə olaraq azərbaycanlı violin ifaçısı, Prezident təqaüdçüsü, İsveçrə Konfederasiyasında master-solist pilləsində təhsil alan, beynəlxalq müsabiqələr laureatı Cəmilə Qarayusifli İsveçrə konfederasiyasının Martini şəhərində yerləşən qədim amfiteatrda təşkil edilən 5 konsert proqramından ibarət opera festivalının "L'Opera Du Rhöne" adlı layihəsinin orkestr konsertmeysteri seçilib.

Kulis.az xəbər verir ki, keçirilən opera festivalının konsertlərindən biri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Avqustun 10, 13, 17 və 20-də isə növbəti konsert proqramları təqdim olunacaq.

Layihədə dünyaşöhrətli vokal ifaçıları və opera teatrlarının aparıcı solistləri Brigitte Torney, Delphine Gillot, Marc Mazuir, Jeremie Schütz və dirijor Sebastian Bagnoud iştirak edirlər.

Qeyd edək ki, bütün konsertlərə biletlər artıq satılıb.

# 2740 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər