Azərbaycan və Türkmənistan prezidentləri Şuşada

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada
23 iyun 2026
# 15:15

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri növbəti tarixi və əlamətdar görüşə ev sahibliyi edib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşanın tarixi abidələrini, mədəniyyət ocaqlarını və yeni ucalan rəmzlərini ziyarət ediblər. Ali qonaqların proqramı şəhərin həm mənəvi dirçəlişini, həm də zəngin mədəni irsini əhatə edən mühüm məkanlarla tanışlıqdan ibarət olub.

Dövlət başçıları ilk olaraq Şuşada inşası sürətlə davam etdirilən və tarixi şəhərin yeni müasir rəmzinə çevrilən Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. Təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulan bu möhtəşəm ibadət ocağı Zəfər Gününün rəmzi olaraq "8" rəqəmi formasında layihələndirilib. Şuşanın azad edildiyi 11-ci ayı simvolizə edən və 73 metr hündürlüyündə ucalan iki minarəli bu məscid, Qarabağın dirçəlişinin və xalqımızın milli-mənəvi dəyərlərə bağlılığının əyani sübutudur.

Daha sonra prezidentlər Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzinə gələrək “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar. Sərgidə Ulu Öndərin Qarabağın siyasi, iqtisadi və mədəni inkişafındakı misilsiz xidmətlərini, eləcə də bölgəyə tarixi səfərlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Ziyarətçilərə, həmçinin Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən “İz” filmi təqdim edilib.

Şuşa səfəri çərçivəsində hər iki ölkənin rəhbəri Azərbaycan musiqi mədəniyyətinin korifeyi Bülbülün ev-muzeyini də ziyarət ediblər. Muzey barədə məlumat verən deputat Polad Bülbüloğlu bildirib ki, sənətkarın uşaqlıq illərinin keçdiyi bu ev vaxtilə Ulu Öndərin göstərişi ilə muzeyə çevrilsə də, işğal dövründə erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırmışdı. Şəhər azad olunduqdan sonra yenidən bərpa edilən muzeyin həyətində Bülbülün yeni büstü ucaldılıb; işğal zamanı güllələnmiş köhnə büst isə törədilən mədəni cinayətlərin əyani sübutu kimi qorunub saxlanılır.

# 642 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər