“Azərbaycan musiqisinə qarşı aparılan işğalçılıq siyasətinə dair” beynəlxalq konfrans-konsert layihəsi

“Azərbaycan musiqisinə qarşı aparılan işğalçılıq siyasətinə dair”  beynəlxalq konfrans-konsert layihəsi
6 noyabr 2020
# 13:59

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və "Mədəni Əlaqələrin İnkişafına Dəstək” İctimai Birliyi ilə birgə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi tədqiqat laboratoriyasının alim heyəti, elm və musiqi xadimləri, tanınmış musiqişünaslarının iştirakı ilə onlayn rejimdə “Azərbaycan musiqisinə qarşı aparılan işğalçılıq siyasətinə dair“ mövzuda ilk beynəlxalq konfrans-konsert yüksək səviyyədə keçirilmişdir.

Kulis.az xəbər verir ki, konfransın əsas məqsədi müzəffər ordumuz necəki ön cəbhədə düşməndən torpaqlarımızı azad edir, biz alimlər də arxa cəbhədə ermənilərin milli-mənəvi dəyərlərimizin işğalına qarşı mübarizə aparırıq.

Konfransı giriş sözləri ilə açıq elan edən BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə konfransın əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə elmi laboratoriyanın alimlərinin xüsusi əzimlə çalışdıqlarını və əldə etdikləri elmi – nəzəri sübutların geniş ictimayətə çatdırılmasının önəmliyini diqqətə çatdırdı. Sonra ilkin olaraq Ü.Hacıbəyli adına BMA-nın rektoru, Azərbaycanın və SSRİ-nin Xalq artisti, professor Fərhad Bədəlbəylinin konfrans iştirakçılarına ünvanlanan videomüraciətini səsləndirdi. Fərhad Bədəlbəyli bildirdiki, Azərbaycan hal-hazırda şərəfli tarixi günlərini yaşayır. Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, müzəffər ordumuzla birlikdə torpaqlarımızı erməni işğalçılarından azad edir. Olduqca önəmlidir ki, bu konfrans beynəlxalq əhəmiyyətə malikdir. Ümüdvaramki elmi laboratoriyanın təşəbbüsü ilə keçirilən bu beynəlxalq konfrans ermənilərin musiqimizə qarşı apardıqları işğalçı siyasətinə son qoyulmasında önəmli addımlardan olacaqdır.

Daha sonra cıxış edən BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, f.e.d.,professor Gülnaz Abdullazədə ermənilərin bizim mədəni irsimizə vurduqları ziyanın dünya ictimayətinə çatdırılmasının strateji məna daşıdığını diqqətə çatdırdı. Əqli Mülkiyyət Agentliyinin aparat rəhbəri Natiq İsayev söz alaraq təmsil etdiyi qurumun Ü.Hacıbəyli adına BMA-nın elmi laboratoriyası ilə sıx əməkdaşlıq etməsini və ermənilərin plagiat fəaliyyətini sübut edərək, Azərbaycan müəlliflərinin əsərlərinin və folklor nümunələrinin erməniləşdirilməsi cəhdlərinə qarşı mübarizə aparıldığını bildirdi.
Dörd saata yaxın bir vaxtda keçirilən onlayn konfransda çıxış edən aparıcı elmi işçi, dosent Ariz Abduləliyev “Azərbaycan musiqisi: tarixi,ənənə və erməni vandalizmi” , böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli Azərbaycan xalq rəqsləri erməni plaqiatında”, professor, baş elmi işçi, Azərbaycanın əməkdar incəsənət xadimi Arif Əsədullayev “Muğamın nota köçürülməsi – erməni vandalizminə qarşı mübarizə silahı kimi”, Xalq artisti, professor Zümrüd Məmmədova “Beynəlxalq Babil festivalında erməni musiqiçilərin məğlubiyyətinə dair”, gənc bəstəkar, elmi işçi İlahə İsrafilova və başqaları öz çıxışlarında Azərbaycan musiqisinə qarşı erməni plagiatına dair yeni faktları elmi dəlillər ilə ifşa etdilər. Konfransda: Əqli Mülkiyyət Agentliyinin aparat rəhbəri Natiq İsayev, Tiflis şəhəri M.F.Axundov adına Dövlət muzeyinin direktoru, əməkdar incəsənət xadimi Leyla Əliyeva, Türkiyədən pianoçu, dirijor və bəstəkar Turan Manafzadə, ABŞ-dan Nyu-York Azərbaycan Qlobal Musiqi təşkilatının pəhbəri, professor Nərgiz Əlyarlı, Ukraynada Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Xalq artisti Qurbanəli Abbasov, Rusiyanın Novosibirsk şəhərinin simfonik orkestrin baş dirijoru Etibar Əhmədov, Gürcüstan Azərbaycanlıları tərəfindən ilk qurulmuş teatrın qurucusu və bədii rəhbəri Anar Hümbətov, Almanyanın Berlin şəhərindən jurnalist Emil Həsənov, Azərbaycan və Rusiyanın əməkdar rəssamı Əskər Məmmədov, Kanadanın Toronto şəhərindən bəstəkar Araş Dimas iştirak etmişlər. Qonaqlar çıxış üçün söz alaraq bildirdilər ki, hal-hazırki dönəmdə erməni plagiatına qarşı mübarizə müstəvisində beynəlxalq konfransın keçirilməsinin mahiyyəti olduqca mühümdür. Qonaqların hər biri yaşadıqları ölkələrdə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasında fəal iştirak etdiklərini və geniş təbliğatla məşğul olduqlarını bildirdilər. Konfransda erməni təcavüzünə ən çox məruz qalan musiqi nümunələri səsləndirilmişdir və sonda bütün konfrans iştirakçılarının razılığı ilə ümumi Bəyanat qəbul edilmiş və adiyyatı qurumlara göndərilməsi nəzərdə tutulmuşdur.

# 227 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #